Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Amerikalıların “qəribə babanı” prezident seçməsinə görə biz günahkar deyilik"
"Amerikalıların “qəribə babanı” prezident seçməsinə görə biz günahkar deyilik"

“Bütün baş verənlərin nəticəsində Ukrayna dövlət suverenliyinin qalıqlarını itirə və dünya xəritəsindən silinə bilər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Telegram-da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib.

Siyasətçi əlavə edib ki, 2014-cü il çevrilişindən sonra Ukrayna dövlət müstəqilliyini itirib və Qərb dövlətlərinin təsiri altına düşüb. “Bununla yanaşı o, NATO-nun onun təhlükəsizliyini təmin edəcəyinə inanırdı”,- deyə  Medvedev əlavə edib.

Onun sözlərinə görə, “Ukrayna cinayətkarları Ukrayna və Rusiya xalqına qarşı törətdikləri vəhşiliklərə görə mühakimə olunacaqlar. Bunda isə, Rusiyanın günahı yoxdur”.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının sədr müavini “Rusiyanın günahları” siyahısından sonra “Onların günahları”nın siyahısını dərc edib.

Siyasətçinin fikrincə, avropalıların "bu qış evlərində kəskin soyuqdan donmasına ", Avropa və ABŞ-da son onilliklərin ən yüksək ərzaq inflyasiyasına görə, Amerikalıların prezident kimi “demensiyalı qəribə babanı”  seçmələrinə görə,  Rusiya günahkar deyil.

Co Bayden Co Bayden

Təhlükəsizlik Şurasının sədr müavini ötən gün Rusiyanın 11 günahının siyahısını paylaşıb.

Siyasətçinin fikrincə, ABŞ-da benzinin bahalaşmasına, bütün qitələrdə mağazalarda ərzağın bahalaşmasına, Avropanın kurortlarında istilərə görə “günahkar” Rusiyadır.

Bundan əlavə, o, özünə qarşı sanksiyaların tətbiq edilməsində, eləcə də ABŞ-ın poçtla səs verə bilməsində günahkardır.

Almaniya kansleri Olaf Şolzun "incidilmiş qaraciyər kolbasa" adlandırılmaında da  Rusiya günahkardır. Medvedev həmçinin əlavə edib ki, Rusiya Avropa liderlərinin istefalarında, ictimai rəyi manipulyasiya etməkdə, siyasətçi Qay Yuli Sezarın “terrorçular dəstəsi Publius Servilius Kaska, Markus Brutus və digər rus muzdluları” tərəfindən öldürülməsində, planetdə  dinozavrların  yox olmasında da  “günahkardır”.

Qeyd edək ki, Medvedevin içki düşkünü olduğu deyilir. Hətta az müddət əvvəl özünə qəsd həddinə çatması barədə xəbərlər yayılmışdı. İçkiyə göstərdiyi həvəsi üzündən ailəsinin də dağıldığına dair xəbərlər var. Medvedev zaman-zaman məsuliyyətsiz açıqlamalarla gündəmə gəlir, amma onun açıqlamalarını heç kim ciddiyə almır. ABŞ və Avropa ölkələri heç vaxt onun açıqlamalarına reaksiya vermirlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »