Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Güclü Günəş fırtınası gözlənilir: Hansı fəsadlar yaşanacaq
Güclü Günəş fırtınası gözlənilir: Hansı fəsadlar yaşanacaq

Kosmosla bağlı araşdırmaları ilə tanınan Tamitha Skov 21-24 iyul aralıqlarında Yer kürəsinin bir çox hissəsinin Günəş fırtınasından təsirlənəcəyini açıqlayıb. Skovun sözlərinə görə, fırtına GPS, cib telefonu, peyk və televiziya siqnallarında fasilələrə səbəb ola bilər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Günəşdən gələn “ilana bənzər filamentin” təsirinə görə gecə saatlarında kəsilmələr müşahidə edilə bilər. Tədqiqatçı hesab edir ki, fırtına bu həftə ərzində baş verəcək. G1 sinifli fırtınanın kiçik, lakin peyk əməliyyatlarına təsir edəcək qədər güclü olduğu vurğulanıb.

Mütəxəssislərin fikrincə, Yerə təsir edəcəyi bildirilən Günəş fırtınası Günəşdən sıçrayan plazma və maqnit enerjisinin tac kütləsinin atılmasından qaynaqlanır. Məlumata görə, fırtına dünyadakı bütün elektrik stansiyalarının bir ildə istehsal etdiyi enerjidən 100 min dəfə çox enerji buraxma qabiliyyətinə malikdir. Tamitha Skovun sözlərinə görə, Günəş fırtınaları güclərinə görə insan fəaliyyətlərinə ciddi təsir göstərə bilər.

Bəzi araşdırmalar günəş küləyi aktivliyinin artması səbəbindən peyklərin orbitdən çıxdığını və CubeSats kimi tanınan kiçik qayıqların tamamilə məhv edildiyini göstərir. Eyni zamanda günəş fırtınalarının meydana gəlməsinin Yer kürəsinin xarici atmosferini qızdıra və peyklərə birbaşa təsir göstərə biləcəyi vurgulanır.

Xatırladaq ki, tarixin ən güçlü günəş fırtınası 1859-cu ildə baş verən Karrinqton hadisəsi adlandırılan Günəş fırtınasıdır. Bu fırtına10-cu günəş dövrü zamanı baş verən güclü geomaqnit günəş fırtınası kimi tanınır. Həmin vaxt günəş fırtınası zamanı günəş parlaması və ya tac kütləsinin atılması maqnitosferə təsir edib.

Riçard Kristofer Karrinqton tərəfindən müşahidə edilən və qeydə alınan hadisə ən güclü günəş fırtınası olaraq qeydə alınıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »