Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinə mesaj verilməlidir ki, səni yer üzündən silə bilərik"
"Putinə mesaj verilməlidir ki, səni yer üzündən silə bilərik"

Psixopatik şəxsiyyət pozğunluqları üzrə ixtisaslaşmış amerikalı psixiatr və Kaliforniya Universitetinin professoru Ceyms Fallon iddia edir ki, Rusiya prezidenti Vladimir Putin də nasist Almaniyasının füreri Adolf Hitler kimi fikirləşir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Fallonun fikrincə, onların arasında fərq ondadır ki, birincinin nüvə silahı var və hər an “qırmızı düymə”yə basa bilər, bu səbəbdən də,  Rusiya diktatoru daha təhlükəlidir.

Fallon vurğulayıb ki, Putin psixopatdır, ona görə də onunla son dərəcə diqqətli olmaq lazımdır.

“Onunla diqqətli olmaq lazımdır ki,  "Rusiyanın qələbəsi olmayan dünyanı" məhv etməyə cəsarət etməsin. Bununla belə, Kreml rəhbəri görməlidir ki, nə Ukrayna, nə də Qərb təslim olmağa hazır deyil”,- deyə psixiatr qeyd edib.

Psixiatr bildirib ki, Putin Hitler kimi düşünür və onun nüvə silahı var. İndi o, son dərəcə təhlükəlidir. Belə bir şəraitdə hansısa sağlam düşüncəli və qətiyyətli general vəziyyətə nəzarəti ələ keçirə bilər.

“Bunu nasist Almaniyasında etməyə çalışırdılar. Psixopatlar dəli deyillər, psixozları yoxdur, amma özlərinə icazə verdikləri hərəkətlərin heç bir həddi yoxdur. Məqsədlərinə çatmaq üçün hər şeyə hazırdırlar",- deyə Fallon şərh verib.

Ekspert qeyd edib ki, Rusiya Federasiyasının prezidenti öz qəzəbini və aqressiyasını açıq şəkildə göstərməyən psixopatlar tipinə aiddir. O, yavaş-yavaş və diqqətlə qurbanın zəif nöqtələrini "tapır" və sonra onlara təzyiq göstərir.

Əgər bir şey plana uyğun getmirsə və “yırtıcı” küncə sıxılırsa, o zaman o, hətta ən mürəkkəb üsullarla da özünü müdafiə etməyə başlayır. Çox ani jestlər və addımlar atmamaq vacibdir ki, psixopat eyni cür reaksiya verməsin.

"Məsələn, Kiyevə hücumun uğursuzluğundan dərhal sonra Putin getdikcə tez əsəbiləşən psixopata bənzəyirdi. Belə olan halda qurbanın hər hansı hərəkəti qarşılıqlı addıma səbəb olacaqdı”,- deyə professor qeyd edib.

Fallon bildirib ki,  Putinə tədricən və daimi təzyiq etməklə nəsə əldə etmək mümkün ola bilər. Bu, psixopatlarla mübarizədə ən yaxşı taktikadır. Ani hərəkətlər etmədən təzyiqi saxlamaq lazımdır. Ani bir zərbə psixopatı təsirsiz hala salsa belə, bir anda səni öldürməyə hazır ola bilər.

Mütəxəssisn fikrincə, Ukrayna heç vaxt işğalla barışmayacağı üçün Putin uğursuzluğa məhkumdur.

“Psixopat belə mübarizədə qalib gələ bilməz, çünki müharibə nə qədər uzansa, Ukrayna Qərbin silah və texnologiyalarını bir o qədər çox alır. Hərbi psixologiya ilə bağlı biliklərimə əsaslanaraq düşünürəm ki, bunu Putinə göstərmək lazımdır. Qərbin heç bir yerdə dayanmayacağını Putinə göstərmək lazımdır. “Siz bizi o yerə sövq edirsiniz ki, sizi yer üzündən silək. Biz bunu etmək istəmirik, amma bacarırıq” - bu mesaj verilməldir,-  deyə Fallon bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »