Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Rusiyaya hər torpaq parçasına görə bədəl ödətdirir" - Mark Milli
"Ukrayna Rusiyaya hər torpaq parçasına görə bədəl ödətdirir" - Mark Milli

Ukrayna Müdafiə Təmas Qrupunun virtual olaraq keçirilən 4-cü iclasından sonra açıqlamalar verən ABŞ Baş Qərargah rəisi general Mark Milli Rusiyanın Donbassda irəliləyişinə toxunub.

“Rusiya ordusu son bir neçə ay ərzində Donbassda mərhələli taktiki uğurlar əldə etsə də, strateji və əməliyyat məqsədlərinə nail ola bilməyiblər”,- deyə Milli bildirib. Rusiyanın Donbass bölgəsində ağır xərclər qarşısında az qazanc əldə etdiyini ifadə edən Milli Luqanskda sürünən müharibə getdiyini deyib.

Mark Milli Mark Milli

Ukraynanın Donbass bölgəsini itirib-itirməməsi ilə bağlı sualı cavablandıran Milli “xeyr, hələ itirilməyib. Ukraynalı Rusiyaya qazandığı hər torpaq parçasına görə bədəl ödətdirirlər”,- deyə bildirib.

Rusiyanın 90 günlük əməliyyatı zamanı Donbassda “çox az” ərazi əldə etdiyini bildirən Milli bölgədəki qarşıdurmaların çox şiddətli olduğunu ifadə edərək bildirib ki, “hər 24 saatda on minlərlə artilleriya mərmisi atılır, çoxlu itkilər olur və hər iki tərəfdən çoxlu dağıntılar var”.

Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, ABŞ Rusiyanın hücumlarına qarşı çıxmaq üçün Ukraynaya daha 4 yüksək təsirli artilleriya raket sistemi (HIMARS) göndərəcək. ABŞ-ın Ukraynaya indiyədək 12 HIMARS sistemi verdiyini ifadə edən Ostin bu sistemlərin döyüşdə balansı dəyişdiyini bildirib. Ostin həmçinin Ukraynaya çoxbarrelli reaktiv yaylım atəş sistemləri və artilleriya batareyaları üçün sursat göndərəcəklərini bildirib. Rusiyanın hücumu başlayandan bəri ABŞ Ukraynaya təhlükəsizliklə bağlı ümumilikdə 8 milyard dollar yardım edib ki, bunun 2,2 milyard dolları keçən ay edilib.

Ukrayna Qərb tərəfindən təchiz edilmiş çoxbarrelli reaktiv yaylım atəşi sistemləri ilə Rusiyanın 30 logistika və sursat mərkəzinə uğurlu hücumlar elan edərkən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftənin əvvəlində generallara Ukraynanın Rusiyanın təchizat xətlərini hədəf alan uzaqmənzilli raket və artilleriya sistemlərinin məhv edilməsinə üstünlük verməli olduğunu söyləyib. Rusiya ABŞ-ın Ukraynaya verdiyi silahları hədəfə almaq istəsə də, bunun asan olmayacağı bəllidir, çünki Rusiyanın arsenalında artıq yüksək dəqiqlikli raketlər qalmayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »