Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanla Qaraqalpaqıstan Muxtar Respublikasında fövqəladə vəziyyət rejimi müddəti bitmədən ləğv edilib.
Bizimyol.info xəbər verir ki, Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin imzaladığı fərmanla avqustun 2-dək Qaraqalpaqıstan Muxtar Respublikasında elan edilmiş fövqəladə vəziyyət müddət başa çatmadan dayandırılıb.
İyulun 1-2-də etiraz nümayişlərinin keçirildiyi Qaraqalpaqıstanda Mirziyoyevin imzaladığı fərmanla Muxtar Respublika statusu ilə bağlı maddələrə dəyişiklik edilməsinə dair bəzi təkliflərdən sonra iyulun 2-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edilmişdi.
Bizimyol.info