Avstriya qaz çatışmazlığı və məcburi enerji qənaəti fonunda qış-istilik mövsümünə hazırlaşmağa başlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə “Der Standard” məlumat yayıb.
Avstriyada qazın olmaması məktəblərin və uşaq bağçalarının qızdırılmasında ciddi çətinliklərə səbəb olacaq.
Belə ki, bütün siniflərdə isti temperaturu təmin etmək mümkün olmayacağı təqdirdə, məktəb şagirdlərinin bir neçə otağa yığılması barədə müzakirələr aparılır.
Eyni zamanda Avstriyalı məktəblilərin distant təhsilə keçəcəyi də istisna edilmir. Enerjiyə qənaət etməyin müxtəlif yolları var. Məsələn, uşaq bağçalarının isidilməsi üçün xüsusi qablarla təchiz edilməsi nəzərdə tutulur.
Kiçik icmalar da enerjiyə necə qənaət etmək barədə düşünürlər. Bələdiyyələr assosiasiyası mövsüm öncəsi bələdiyyə açıq hovuzlarının fəaliyyətinin məhdudlaşdırılması barədə düşünür.
Bundan başqa, bəzi yerlərdə ictimai binalarda əlləri yumaq üçün ilıq suyun lazım olub-olmaması sual altındadır.
Məhdudiyyətlər prioritet və əhəmiyyətindən asılı olaraq, digər qurumlara da şamil olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, qaz tədarükünün azaldılması qəsdən olmayıb, “Siemens”-də anti-Rusiya sanksiyalarının nəticəsi olan texniki problemlərlə bağlı olub.
Bir müddət əvvəl Avropa Komissiyasının büdcə məsələləri üzrə komissarı Yohannes Han isə, bildirmişdi ki, Avropa Komissiyası planlaşdırılmış qabaqlayıcı işlər başa çatdıqdan sonra “Şimal axını” ilə qaz nəqlinin bərpa olunmayacağına hazırlaşır.
“Biz qaz kəmərinin işə salınmayacağı ehtimalı üzərində işləyirik. Bu halda isə müəyyən əlavə tədbirlər görmək lazımdır”, - deyə o qeyd etmişdi.
Xatırladaq ki, Rusiya bu gün planlaşdırılmış təmirdən sonra “Şimal axını” qaz kəməri ilə axını bərpa etməlidir.
İlahin, Bizimyol.info