Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda baş verən terror aktı Türkiyə ilə qalmaqala yol açdı
İraqda baş verən terror aktı Türkiyə ilə qalmaqala yol açdı

Ötən gecə İraqın şimalındakı Parax kəndi yaxınlığında baş verən partlayış nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, Ankara hücumu bölgədəki terror təşkilatlarının həyata keçirdiyini açıqlayıb. Bağdad rəhbərliyi isə heç bir sübut göstərmədən Türkiyəni günahlandıraraq gərginliyi artırıb. İraqda Türkiyə bayrağı yandırılıb. Mövzu ilə bağlı ABŞ-dan açıqlama verilib.

Terror təşkilatı PKK/KCK ötən gün İraqın şimalındakı Parax kəndi yaxınlığında hücum həyata keçirib. İlkin məlumata görə, Duhokda baş verən partlayışda 8 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb. İraq administrasiyasının Türkiyəni ittiham etməsindən sonra baş nazir Mustafa Əl-Kazımi hücumla bağlı araşdırmalara başlayıb və Türkiyənin hücum etdiyinə dair heç bir sənəd və ya konkret dəlil göstərməyib.

Ankara hücumda terror təşkilatı PKK-nı günahlandırsa da, İraq hökumətini də hücumun araşdırılmasında əməkdaşlığa çağırıb. Buna baxmayaraq, İraq prezidenti Bərham Salih şəxsi Tvitter hesabında bu hücumu pisləyib və ölkəsinin ərazi bütövlüyünün pozulduğunu bildirib.

İraqlı səlahiyyətlilər Türkiyənin İraqdakı səfirinə nota verərkən təcili olaraq BMT-yə şikayət edəcəklərini iddia ediblər. İraq Ankaradakı müvəqqəti işlər vəkilini də Bağdada çağırıb.

Ankara hücumu terror təşkilatlarının törətdiyini açıqlayarkən İraqdan şok bir ittiham gəlib. Bağdad rəhbərliyi hücuma görə Türkiyənin məsuliyyət daşıdığını iddia edərək ittihamlar səsləndirib.

Ankara-Bağdad xəttində gərginliyə səbəb olan bu hücumla bağlı ABŞ -dan da açıqlama gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays hücumu yaxından izlədiklərini bildirib və “həyatını itirənlərə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Mülki əhalinin öldürülməsi qəbuledilməzdir və bütün ölkələr mülki şəxslərin müdafiəsi də daxil olmaqla beynəlxalq hüquqa riayət etməlidir. Biz İraqın ərazi bütövlüyü, təhlükəsizliyi və sabitliyinə və İraq Kürd Regional Rəhbərliyinə güclü dəstəyimizi davam etdiririk”,- deyə bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »