Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyanı terrorun himayədarı kimi tanıya bilər: Nəticələri ağır olacaq
ABŞ Rusiyanı terrorun himayədarı kimi tanıya bilər: Nəticələri ağır olacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi dövlət katibi Entoni Blinkenə Konqresin Rusiyanı müstəqil olaraq terrorizmin sponsorları siyahısına salacağı barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verirki, bu barədə “Politico” yazır. Nəşrin məlumatına görə, konqresmen telefon danışığı zamanı Moskvaya belə statusun verilməsi tələbi ilə xarici siyasət idarəsinin rəhbərinə müraciət edib.

Qeyd edək ki, Konqres dövlət katibinə başqa bir ölkəni terrorizmin sponsoru kimi tanımaq səlahiyyəti verib. Konqresdə bəziləri isə deyirlər ki, qanunvericilər Dövlət Departamenti olmadan da bunu etmək üçün qanun qəbul edə bilər.

"Konqresin Rusiyanı effektiv şəkildə terrorizmin himayədarı olan dövlət olaraq müəyyən etmək üçün qanun qəbul edə bilməsinə mane olan heç bir hüquqi səbəb yoxdur",- deyə ekspertlər bildirir.

Hazırda ABŞ-ın terrorizmə sponsorluq edən ölkə kimi tanıdığı dörd dövlət - Kuba, Şimali Koreya, İran və Suriya - dünya ilə Rusiyadan daha az ticarət edir.

Dövlət Departamentinin sözçüsü Ned Prays aprel ayında jurnalistlərə demişdi ki, “bizim tətbiq etdiyimiz sanksiyalar terrorizmin dövlət himayədarının təyin edilməsi ilə nəticələnəcək addımlardır”.

Bəzi ekspertlər bu addımın Kremlə təzyiqi gücləndirəcəyini və ABŞ-lılar üçün Rusiya ilə bütün sövdələşmələri demək olar ki, qeyri-mümkün edəcəyini deyirlər. Vaşinqtonda Atlantik Şurasının sanksiya üzrə eksperti Edvard Fişman “Rusiyanın terrorizmin himayədarı kimi qeyd edilməsi əhəmiyyətli olardı, çünki bu, əhatəli tədbirdir”,- deyə bildirib.

Bununla belə, o qeyd edib ki, Konqres Rusiyanı beş aylıq müharibədə cəzalandırmaq üçün hələ böyük bir addım atmayıb. Ekspert bildirib ki, Rusiya qüvvələri çoxsaylı mülki hədəflərə, o cümlədən məktəblərə, xəstəxanalara və mülki əhalinin sığındığı yerlərə hücum edib. İşğal saysız-hesabsız mülki əhalinin ölümü ilə nəticələnib.

Ukrayna prezidentinin həyat yoldaşı Olqa Zelenskaya Konqresdə çıxışı zamanı bildiirb ki, “Rusiya Ukraynanı məhv edir”.

İyunun 27-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan Rusiyanı terrorizmin sponsoru kimi tanımasını istəyib. O qeyd edib ki, müvafiq qətnamə ABŞ Senatının komitəsi tərəfindən təsdiqlənib və hüquqi qərarı Dövlət Departamenti verə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »