İkipartiyalı senatorlar qrupu Pentaqonu döyüş təyyarələrinin Ukraynaya mümkün qədər tez təhvil verməsi və ukraynalı pilotlara onlardan istifadə etmək üçün təlim keçməyi nəzərdən keçirməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə “Fox News” yazır. Alyaskadan olan senator Den Sallivanın ABŞ-ın müdafiə naziri Lloyd Ostinə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milliyə yazdığı məktubda altı senator “dördüncü nəsil qırıcı təyyarələri və lazımi uçuş hazırlığını nəzərdən keçirməyə” çağırır.
“Cuis” çağırış nişanlı ukraynalı qırıcı pilot bu addımı dəstəkləyərək Amerika telekanalına bildirib ki, müasir təyyarələr Rusiya tərəfindən işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün çox vacibdir.
Onun sözlərinə görə, təkcə 4-cü nəsil deyil, ümumiyyətlə, Amerika istehsalı olan qırıcılar bu prosesdə böyük rol oynayacaq.
Onun sözlərinə görə, belə maşınlar Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin əsas donanmasında olan köhnəlmiş MiQ-29 və Su-27-də çatışmayan kritik imkanlara malikdir.
“Cuis”-in sözlərinə görə, ABŞ döyüş təyyarələri müasir sensorlar və silahlara malik çoxfunksiyalı platformalardır. Bu platformalar Ukraynaya şəhərləri, infrastrukturu və mülki insanları raket hücumlarından və bombardmançı təyyarələrdən qorumağa, eləcə də cəbhə xəttində hava üstünlüyünü əldə etməyə və quru qoşunlarının təhlükəsizliyini təmin etməyə kömək edə bilər.
Keçən ay “Cuis” və digər “Moonfish” qırıcı pilotu İllinoys ştatında konqresmen Adam Kinzingerin yardımı ilə Vaşinqtona səfər ediblər.
"Senatorlar bizim təcili ehtiyaclarımız barədə məlumatlandırıldılar. Kömək edəcəklərinə söz verdilər və indi sözlərinə əməl edirlər",- deyə “Cuis” bildirib.
“Cuis” senator Sullivanı xüsusi olaraq təqdir edib və Pentaqonun həll yolu tapmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
Xatırladaq ki, Bayden hələ də Ukraynaya hərbi təyyarələrin göndərilməsini dəstəkləməyib. O bunun eskalasiyaya səbəb ola biləcəyindən və təyyarəyə lazımi texniki xidmət göstərmək üçün maddi-texniki təchizatın çətin olacağından narahatdır.
“Cuis” bildirib ki, Ukrayna Silahlı Qüvvələri uçuş-enmə zolaqlarının hazırlanması, təlim və maddi-texniki bazanın genişləndirilməsi, ehtiyat hissələri və sursatların çatdırılmasının təşkili üçün müttəfiqlərlə koordinasiyada işləməyə hazırdır.
İlahin, Bizimyol.info