Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Amerika Putinin tərəfini tutdu
Cənubi Amerika Putinin tərəfini tutdu

"Mercosur" həmkarlar ittifaqı Cənubi Amerika gömrük təşkilatının sammitində prezident Vladimir Zelenski ilə videobağlantı vasitəsilə əlaqə saxlamaqdan imtina edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə  Paraqvayın iqtisadi əlaqələr və inteqrasiya nazirinin müavini Raul Kano deyib.

Qeyd edək ki, Zelenski "Mercosur" liderlərinə Rusiya-Ukrayna müharibəsi barədə məlumat vermək niyyətində olub.

"Belə ünsiyyətin mümkünlüyü ilə bağlı konsensus yox idi. Bu səbbədən də,  Zelenskiyə məlumat verilib ki, bu şəraitdə onunla  "Mercosur" formatında söhbət üçün heç bir şərait yoxdur",- deyə Kano açıqlayıb.

O vurğulayıb ki,  "Mercosur" qərarları konsensusla qəbul edir.

Xatırladaq ki,  "Mercosur" 1991-ci ildə əsası qoyulmuş Cənubi Amerika ölkələrinin ümumi bazarı, Argentina, Braziliya, Uruqvay, Paraqvay və Venesuelanın iqtisadi və siyasi birliyidir. Artıq bu təşkilata üzvlük dayandırlıb.

Təşkilat  Latın Amerikası və Karib hövzəsi əhalisinin yarıdan çoxunu əhatə edir. Avropa İttifaqından sonra ikinci ən böyük və potensial gömrük ittifaqıdır. Assosiativ üzvlər Boliviya, Çili, Kolumbiya, Ekvador, Peru, Qayana və Surinamdır. Meksika və Yeni Zelandiya “müşahidəçilər”dir.

Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski Braziliyanın müharibə ilə bağlı mövqeyini şərh edib. O, qeyd edib ki,  neytrallığa görə faşizm bir vaxtlar Avropanı yeyib.

"Mən onun neytrallıq mövqeyini dəstəkləmirəm. Düşünmürəm ki, dünyada müharibə zamanı neytral ola bilərsiniz. Gəlin, ikinci dünya müharibəsini təsəvvür edək. Bir çox liderlər əvvəlcə bitərəf idi. Bu, faşizmin Avropanı yeməsinə şərait yaratdı. Əvvəlcə  Avropanın yarısını, sonra isə,  bütün Avropanı ələ keçirdi, çünki neytrallıq var idi”,- deyə Zelenski bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »