Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatından Putinin səhhəti barədə sürpriz açıqlama
ABŞ kəşfiyyatından Putinin səhhəti barədə sürpriz açıqlama

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya prezidenti Vladimir Putinin sağlam olduğunu iddia edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Koloradoda Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.

Onun sözlərinə görə,  MKİ-də Putinin əqli və ya fiziki cəhətdən xəstə olduğuna dair heç bir sübut yoxdur.

“Prezident Putinin səhhəti ilə bağlı çoxlu söz-söhbətlər var. Ancaq biz deyə bilərik ki, o, tamamilə sağlamdır”,- deyə MKİ direktoru qeyd edib.

Börnsün fikrincə, Putin düşünür ki, Rusiya ordusu Ukrayna ordusunun gücünü azaldacaq və ABŞ-ın rəhbərlik etdiyi alyansın iradəsini qıracaq, amma o yanılır.

Uilyam Börns Uilyam Börns

“Putinin amerikalılara baxışı ondan ibarətdir ki, biz diqqət çatışmazlığından əziyyət çəkirik. Diqətimizi başqa bir şeyə yayındıracağıq.  Mən əminəm ki, Putin ittifaqın dağılması ilə bağlı fərziyyələrində yanılıb. Ukrayna müharibədən əvvəl də güçlü idi. Putin yanılır”,- deyə Börns bildirib.

Onun fikrincə,  Putin NATO-nu məhv edə biləcəyinə inanaraq səhv hesablama aparıb. Çünki NATO Finlandiya və İsveçi qəbul edir və Rusiya sərhədlərinə ən yaxın zonada qoşun yerləşdirir.

Bir müddət əvvəl, Britaniya ordusunun komandanı Entoni Radakin Putinin sağalmaz xəstəlikləri ilə bağlı şayiələrə inanmadığını bildirib. Onun sözlərinə görə, bu şaiyələr sadəcə, arzudur.

Amerikanın “Newsweek” nəşrinin məlumatına görə isə,  ABŞ kəşfiyyatı Putinin xərçəng xəstəliyindən müalicə aldığı iddiasını irəli sürübmüş.

Ukraynanın Baş Kəşfiyyat İdarəsi də Putinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və Rusiyada hakimiyyət dəyişikliyi prosesinin başladığını açıqlamışdı.

Bunula belə, bəzi ekspertlərin fikrincə, belə fikirlərin yayılmasında Putinin özü maraqlıdır. Bu cür fikirlər diqqətləri onun əməllərindən yayındırır. Həmçinin ölkə daxilində düşmənlərini də sakitləşdirir və arxayınlaşdırır ki, ömrünün sonuna az qalıb. Müəyyən mənada Putin bu texnologiyadan düşmənlərini passivləşdirmək üçün yararlanır. Ola bilsin ki, ABŞ-ın kəşfiyyat qurumu Putini bu texnologiyadan məhrum etmək üçün belə bir açıqlama ilə çıxış edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »