Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "Polisə müqavimət göstərən şəxs inzibati qaydada həbs olunub"
DİN: "Polisə müqavimət göstərən şəxs inzibati qaydada həbs olunub"

"Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib".

Bu barədə "Bizimyol.info"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Ə.Məmiyev saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilib.

Son xəbərlər
Bütün xəbərlər »