Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Bir kəndə 7 “Kalibr” raketi atıblar"
Zelenski: "Bir kəndə 7 “Kalibr” raketi atıblar"

Ukrayna prezidenti Vladimir Zelenski bu gecə xalqa gündəlik müraciətində bildirib ki, Rusiya dünən gecə 7 Kalibr raketi ilə Odessa vilayətində bir kəndə hücum edib.

"Bunlar ucuz və ya sadə raketlər deyil, Rusiya onlarla fəxr edirdi. Adi bir kəndi, fermanı, evləri, binaları, orta məktəbi və mədəniyyət mərkəzini məhv etdilər. Hərbi hədəflər yoxdur. Bu, sadəcə olaraq terrordur”,- deyə Zelenski bildirib.

Bizimyol.info xəbər verir ki, bölgə sakinlərinin hava hücumu xəbərdarlığına vaxtında reaksiya verdiyini bildirən Zelenski, hücumda can itkisinin olmadığını, 5 aylıq körpə də daxil olmaqla 6 nəfərin yaralandığını bildirib.

Son bir neçə gündə Rusiyanın bombardmanının hədəflərinin Nikopol, Dnepropetrovsk vilayətindəki yaşayış məntəqələri, Xarkov vilayəti, Nikolayev, Kramatorsk, Sylovanysk, Toretsk və digər Donbas şəhərləri olduğunu bildirən Zelenski, “çox sayda ölü və yaralı var. İşğalçılar Sumi rayonunun sərhəd rayonlarını bombalayıblar. İşğal edilmiş Zaporojjya Atom Elektrik Stansiyasında, Enerhodarda işçilərə və yerli sakinlərə qarşı yeni terror reallıqları var. İşğalçılar nə qədər gizlənməyə çalışsalar da, dövlətimiz ukraynalılara qarşı terrorda təqsirli bilinən hər bir rusiyalı cinayətkarı müəyyən edəcək”,-deyə əlavə edib.

Zelenski həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbər müavinlərindən birini vəzifəsindən azad etdiyini və Ukrayna Təhlükəsizlik Xidmətinin Zakarpatya, Poltava, Sumi, Dnepropetrovsk və Xarkov vilayətlərində yeni regional müdirliklərini təyin etdiyini də açıqlayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »