Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı qaçdı, ölkə yeni rəhbərini seçdi
Dövlət başçısı qaçdı, ölkə yeni rəhbərini seçdi

İqtisadi böhrana reaksiyaların sosial partlayışa çevrildiyi Şri-Lankada ölkədən qaçaraq istefa verən Qotabaya Rajapaksanın yerinə yeni dövlət başçısı seçilib.

Bizimyol.info xəbər verir ki, iqtisadi böhrana qarşı aylarla davam edən etirazlardan sonra sarayı zəbt edilən və ölkədən qaçaraq istefa verən prezident Qotabaya Rajapaksanın yerinə seçilən şəxs bu gün keçirilən səsvermədə müəyyənləşib.

Rajapaksanın istefasından sonra bu vəzifəni müvəqqəti icra edən baş nazir Ranil Vikremesinqe ölkənin yeni dövlət başçısı seçilib. Bu gün parlamentdə keçirilən səsvermədə Vikremesinqhe 225 deputatdan 134-nün səsini toplayıb. Hakim partiyadan olan deputat Dullas Alahapperuma isə 82 səs toplaya bilib.

Səsvermədə qalib gəldikdən sonra açıqlama verən Vikremesinqe, "Ölkəmiz böyük sınaqlarla üz-üzədir və xalqın gözləntilərini yerinə yetirmək üçün yeni strategiya üzərində işləməliyik",- deyə bildirib.

Məlumata görə, gərginliyin yüksək olduğu ölkədə 6 dəfə baş nazir postunu tutan 73 yaşlı Vikremesinqenin namizədliyi tənqidlərə səbəb olub.

Xatırldaq ki, ölkədə həyatı durğunluq vəziyyətinə salan iqtisadi böhran səbəbindən yüz minlərlə insan küçələrə çıxaraq keçmiş prezident Rajapaksanın sarayına 9 iyulda basqın edib. Rajapaksanın istefasına baxmayaraq, gərginliyin azalmadığı ölkədə fövqəladə vəziyyət elan edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »