Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Ukrayna sülh sazişi layihəsinin şərtlərinə əməl etməyib”
Putin: “Ukrayna sülh sazişi layihəsinin şərtlərinə əməl etməyib”

Ötən gün İran səfərindən sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Rusiya lideri qeyd edib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyi təklif edirlər.

Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək planının olub-olmaması ilə bağlı suala Putin deyib ki, Kiyev martda razılaşdırılmış sülh sazişi layihəsinin şərtlərinə əməl etməyib: “Əlbəttə, yekun nəticə tərəflərinin razılaşdırılmış şərtləri yerinə yetirməsindən asılı olacaq. Bu gün biz Kiyev administrasiyasının belə bir istəyinin olmadığını görürük”.

Xatırladaq ki, mart ayında keçirilən danışıqlar çərçivəsində Rusiya və Ukrayna təkliflər irəli sürdü, lakin tərəflər razılığa gələ bilmədi.

Putin həmçinin Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna taxılının ixracına yenidən başlanması ilə bağlı razılaşmanı dəyərləndirib. Putin taxıl daşınmasını təmin etmək üçün problemlərin həll edilmədiyini bildirib.

Rusiyanın dövlət telekanalı “Rossiya” telekanalında jurnalistlərin suallarını cavablandıran Putin bəyan edib ki, Moskva Ukraynanın Qara dənizdə taxıl ixracını asanlaşdırmağa hazırdır, lakin Rusiyanın taxıl ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »