Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Putini gözlətməsi sosial mediada gündəm oldu - Video
Ərdoğanın Putini gözlətməsi sosial mediada gündəm oldu - Video

Dünən bütün dünyanın gözü İranın paytaxtı Tehranda idi.

Bizimyol.info xəbər verir ki, dünən Rusiyanın Ukraynaya müdaxiləsi və Suriyadakı gərginlik başda olmaq üzrə bir çox mövzuda danışıqlar aparan Türkiyə prezidenti Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Tehranda bir araya gəlib.

Üçtərəfli sammitlə yanaşı, liderlər ikitərəfli görüşlər keçiriblər. Amma bu görüşlərdən ən yadda qalanı Ərdoğanla Putin arasında olub. Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi mövqeyini möhkəmləndirmək istəyən, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla razılaşmayan, eyni zamanda Ukraynanı dəstəklədiyini bəyan edən Ərdoğan putinlə görüşə gec qoşulub. Görüş zamanı kameralar qarşısına keçən Putin Ərdoğanı gözləməli olub və çıxılmaz vəziyyətdə qalıb. Bu vəziyyət, prezident Ərdoğan və nümayəndə heyətinin 2020-ci ildə Moskvada yaşadığı böhranı yada salıb.

Bu zaman Putinlə təmas qurmaq üçün görüşə gedən Ərdoğan və nümayəndə heyəti onu dəqiqələrlə gözlədib və Rusiya dövlət televiziyası Ərdoğanın həmin anlarını lentə alıb. Daha sonra isə televiziya kanalı ekranın altına piştaxta qoyub və bununla Ərdoğanı ələ salıb.

Belə “ağıl oyunları”nı sevən Putin bundan əvvəl Almaniyanın keçmiş baş naziri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, katolik dünyasının ruhani lideri Papa Fransisk və Böyük Britaniya kraliçası II Elizabethə qarşı da buna bənzər hərəkətlər edib.

Xatırladaq kii, Putin 2018-ci ildə Helsinkidə keçirilən görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Trampı da gözlətmişdi. Belə ki, Putin görüşə 45 dəqiqə gec gəlmişdi.

Əvvəllər oxşar vəziyyətə düşməyən Putinin dünən paylaşılan görüntüləri həm sosial mediada, həm də beynəlxalq ictimai rəydə gündəm olub.

İngiltərənin bir çox qəzetləri yazıb ki,  Ərdoğan 2020-ci ildə Moskvada baş verənlərdən sonra qisas alıb: “Bu, dünya liderlərini qəsdən, planlaşdırılmış görüşlərə saatlarla gecikdirən Putin üçün qəribə bir vəziyyət idi. Putin tez görüş otağına gələrək Ərdoğanın da belə edəcəyini düşünsə də, o, tək qaldı”,- deyə qəzetlər yazıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »