Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadi tənəzzül riski rekord səviyyəyə çatıb
İqtisadi tənəzzül riski rekord səviyyəyə çatıb

Getdikcə daha çox investor qlobal iqtisadiyyat və korporativ mənfəətlə bağlı pessimistləşir.

Bizimyol.info Reuters-ə istinadla xəbər verir ki, bu barədə iddiaları Bank of America Corp-un (BofA) aylıq sorğusunun nəticələri sübut edir.

Məlumata görə, dünya bazarları üçün əsas risk inflyasiyanın yüksək səviyyədə saxlanılması perspektividir. Tənəzzül ikinci yerdədir, Rusiya-Ukrayna müharibəsi isə beşinci yerə düşüb.

İyulun 8-15-də 800 milyard dollarlıq aktivləri idarə edən 300-ə yaxın investor arasında aparılan sorğu “investor bədbinliyinin dəhşətli səviyyələrini” sübut edib. Əldə edilən nəticələr, pandemiya və 2008-ci il qlobal maliyyə böhranı dövründəkindən daha pisdir. İnvestorlar riskli aktivlərə investisiyaları minimuma endirir və nəğd pula üstünlük verirlər. Nağd vəsaitin investisiya portfellərindəki payı 6 faizə çatıb. Səhmlərin payı isə 2008-ci ildə investisiya bankı Lehman Brothers-in dağılmasından bəri ən aşağı səviyyəyə enib.

Tənəzzül qorxuları son dəfə 2020-ci ilin may ayında karantin məhdudiyytlərinin ən yüksək nöqtəsində müşahidə edilən səviyyəyə yüksəlib. İqtisadiyyatın yaxın 12 ayda zəifləyəcəyini gözləyən respondentlərin nisbəti rekord həddə - 79 faizə çatıb. Eyni rəqəm korporativ mənfəətin pisləşməsini proqnozlaşdırır.

Xatırladaq ki, BVF rəhbəri Kristalina Georgiyeva 2023-cü ildə qlobal resessiyanı istisna etmir. Dünya Bankının prezidenti David Malpass da "tənəzzüldən qaçmaq üçün yolların tapılmasının çətin olduğunu” iddia edir.

Malpassın fikrincə, Ukraynadakı müharibə və onun ərzaq, xüsusən də taxıl və enerji qiymətlərinə təsiri qlobal resessiyaya səbəb ola bilər.

Malpass dünyanın dördüncü ən böyük ölkəsi olan Almaniya iqtisadiyyatının yüksək enerji qiymətləri səbəbiylə artıq əhəmiyyətli dərəcədə yavaşladığını deyib və gübrə istehsalındakı azalmanın başqa yerlərdə vəziyyəti daha da pisləşdirə biləcəyini vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »