Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml ABŞ-ın hədələrinə cavab verib: "Bu, Rusiyanın əzmini gücləndirir"
Kreml ABŞ-ın hədələrinə cavab verib: "Bu, Rusiyanın əzmini gücləndirir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını açıqlayan ABŞ-ın təhdidlərini şərh edib.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, o bu barədə , Telegram kanalında yazıb. Zaxarova ABŞ-ın Ukrayna vilayətlərinin Rusiyaya girişinə yeni məhdudiyyətlərin mümkünlüyü ilə bağlı bəyanatlarına cavab verib. O, Amerikanın mövqeyini tənqid edib və vurğulayıb ki, Moskvanın plana əməl etmək əzmi daha da güclənib.

“Ağ Evin səhvi ondan ibarətdir ki, Birləşmiş Ştatlar hətta Ukraynanın regionları Rusiyanın tərkibinə daxil olmasa belə, “yeni sanksiyalar” tətbiq edib və tətbiq edir. Bu isə o deməkdir ki, sanksiyalar öz məqsədinə çatmır. Əksinə, bu, Rusiyanın planlaşdırılan kurs üzrə hərəkət etmək əzmini gücləndirir”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvək Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın regionları Rusiyaya qoşulacağı təqdirdə yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.

“Əgər Rusiya hər halda ilhaq planlarını həyata keçirməyə davam edərsə, biz müttəfiqlər və tərəfdaşlarla birlik içində tez və sərt cavab verəcəyik”,- deyə o vurğulayıb.

Bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons bildirmişdi ki, Vaşinqton Rusiyaya qarşı məhdudiyyətləri genişləndirməyi, eləcə də digər ölkələr tərəfindən onlara riayət olunmasına nəzarəti gücləndirməyi planlaşdırır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »