Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Rusiya qazı olmadan yaşamağa hazırlaşır
Avropa Rusiya qazı olmadan yaşamağa hazırlaşır

Avropa İttifaqı Rusiyanın enerji təchizatını kəsə biləcəyi qorxusu fonunda gələn ayın əvvəlində üzv ölkələrin təbii qaz istehlakını könüllü olaraq 15 faiz azaltmağı nəzərdən keçirir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Bloomberg agentliyinin məlumatında deyilir. Qeyd edilib ki, “Təhlükəsiz Qış üçün Qaza qənaət” adlı plana əsasən, Avropa Komissiyası istilik və kondisioner xidmətlərinin kəsilməsini, eləcə də bazara əsaslanan müəyyən tədbirləri əhatə edən addımları tövsiyə etməyi planlaşdırır. Qeyd olunur ki, bu gün ictimaiyyətə açıqlanmalıdır.

Aİ-nin bu qış ən böyük problemi yanacaq sobaları və elektrik generatorları üçün kifayət qədər qaz təchizatını təmin etməkdir. "Avropa Komissiyası Rusiyanın bu ayın əvvəlində təmir üçün bağlanmış "Şimal axını 1" boru kəməri ilə tam təchizatı bərpa etməyəcəyi ehtimalını nəzərə alır ",- deyə  büdcə komissarı Yohannes Han ötən gün bildirib.

Təklif üzrə danışıqlar şəxsi xarakter daşıyır və planlaşdırılmış qərar komissiyaya ciddi tədarük çatışmazlığı və ya tələb artımı riski olduqda ümummilli xəbərdarlıq etmək səlahiyyəti verir. Tədbir üzv dövlətlərin təsdiqini tələb edəcək. Ko0missiya gələn həftə energetika nazirlərinin fövqəladə iclasında bunu tələb edə bilər.

Bir çox ölkələr  məcburi ixtisarlara qarşıdır. Onlar qeyd edirlər ki, milli hökumətlərin artıq fövqəladə hallar planları var və Aİ-nin onları məcbur etməsindən asılı olmayaraq tələbi azaldacaq.

Xatırladaq ki, Rusiya Federasiyası iyulun 21-i cümə axşamı günü “Şimal axını 1” vasitəsilə qaz nəqlini bərpa etməyi planlaşdırır. Qaz ixracının həcmi azala bilər.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Azərbaycandan Avropaya qaz nəqlini ikiqat artırmaq istədiklərini bildirmişdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »