Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Qərb silahlarının ovuna çıxıb"
"Rusiya Qərb silahlarının ovuna çıxıb"

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna komandanlığının cəbhədəki vəziyyətlə bağlı məlumatları niyə dəqiq təqdim etdiyini izah edib.

Bizimyol.info Ukrayna mətbuatına  istinadla xəbər verir ki, o, bu barədə Ukrayna radiosunun efirində danışıb. Onun sözlərinə görə, cəbhədən gələn məlumatlar son dərəcə həssasdır. Və bu, düzgün təqdim edilmədiyi təqdirdə Ukrayna Silahlı Qüvvələrində itkilərə səbəb ola bilər. O qeyd edib ki, bütün məlumatları onlayn şəkildə ötürmək mümkün deyil.

Danilov bildirib ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Qərb texnikasının məhv edilməsi barədə göstəriş verərkən Rusiya ordusu Qərb silahlarının ovuna çıxıb.

"Harada və hansı məlumatı yaymaq qərarına hərbçilər gəlir. Mən müharibə ilə bağlı digər şeylərin qəti əleyhinəyəm. Siz çəkilən video qeydi zaman keçdikdən sonra  bu texnikanın yerləşdiyi şəhərdən müvafiq məsafəyə hərəkət etdiyi zaman izləyə bilərsiniz”,- deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının bütün üzvləri, Ali Baş Komandanın qərargahı hər səhər cəbhədəki vəziyyətlə bağlı hesabat alır, lakin bu məlumatların 90 faizi bütün cəmiyyət üçün açıq ola bilməz, çünki bu, ukraynalı müdafiəçilərə zərər verə bilər.

Danilov bildirib ki, Qərb tərəfdaşlarının Ukraynaya tədarük etdiyi silahlar cəbhədə müəyyən mövqelərdə paritet yaradıb lakin daha çox silaha ehtiyac var.

Xatırladaq ki, bir müddət əvvəl Aleksey Danilov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın əlavə qüvvələr gətirmək üçün istifadə etdiyi Krım körpüsünü “imkan yaranan kimi” vuracaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »