Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya Rusiyaya qarşı məhdudiyyətləri gücləndirib
Finlandiya Rusiyaya qarşı məhdudiyyətləri gücləndirib

Finlandiya Rusiya vətəndaşlarına qarşı məhdudiyyətləri gücləndirib. Eyni zamanda  ölkə hakimiyyəti milli təhlükəsizliyin təmin edilməsi səbəbilə torpaq ərazisi satılmasını da məhdudlaşdırıb.

Bizimyol.info xarici mətbuata istinadlaxəbər verir ki,  bu barədə Helsinkidəki satış nümayəndəsi Anton Loginov məlumat verib. Ticarət nümayəndəsinin sözlərinə görə, 2020-ci ildən Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün Müdafiə Nazirliyindən lisenziya tələb olunurdu. Hazırda bu qaydalara dəyişiklik edilməsi təklif edilir.

“Birincisi, Müdafiə Nazirliyi torpaq sahəsinin alındığı vəsaitin mənşəyini öyrənmək hüququnu əldə edir. Eyni zamanda  müdafiə qüvvələrinin obyektinə və ya Finlandiya sərhədinə olan məsafəni təyin etmək hüququ da əldə edilib",- deyə Loginov bildirib.

Onun sözlərinə görə, əvvəlcə Moskva lisenziyalaşdırmanı inzibati maneə hesab edirdi. İndi isə Helsinki milli təhlükəsizliyin təmin edilməsi səbəbilə torpaqların alınmasına əlavə məhdudiyyətlər qoyur.

Bir müddət əvvəl isə Rusiya turizm operatorları viza almaqda çətinlik çəkmələri, kartlarla ödəniş etmə ilə bağlı problemləri dilə gətirmişdi. Bütün baş verənlər Rusiya vətəndaşlarının hətta quru sərhədləri açıldıqdan sonra da Finlandiyaya səyahət etmək istəyinə mənfi təsir edəcək.

Mütəxəssislər hesab edirlər ki, son vaxtlar rusiyalı turistlərin Finlandiyaya girişinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, nəqliyyat, viza almaq və valyuta mübadiləsi ilə bağlı çətinliklər səbəbindən Avropa dövlətinə səyahət çətin olacaq.

Məsələn, ekspertlər xatırladıblar ki, diplomatların qovulması və kadr çatışmazlığı səbəbindən Skandinaviya ölkəsi çox az viza verir.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, artıq açıq Şengen vizası olan Rusiya vətəndaşları Finlandiyaya gedəcəklər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »