Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Rusiyaya silah verməyib.., versə, sanksiya tətbiq edəcəyik" - ABŞ
"İran Rusiyaya silah verməyib.., versə, sanksiya tətbiq edəcəyik" - ABŞ

Ağ Ev indiyədək İranın Rusiyaya hərbi pilotsuz uçan aparatları təhvil verdiyinə dair heç bir işarə müaşhidə etməyib.

Bizimyol.info  xəbər verir ki,  bu barədə  ABŞ Milli Təhlükəsizlik Şurasının kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb. Kirbi qeyd edib ki, Rusiya prezidenti  Vladimir Putinin bu həftə İrana səfəri Rusiyanın Ukraynanın işğalından sonra nə qədər təcrid vəziyyətinə düşdüyünün göstəricisidir. Putin İranda ali dini lider Ayətullah Əli Xamenei ilə danışıqlar aparıb.

Bu, Moskvanın fevralın 24-də Ukraynanı işğal etməsindən sonra Kreml liderinin keçmiş Sovet İttifaqından kənara ilk səfəri idi. Kirbi deyib ki, hələlik İranın pilotsuz təyyarələri Rusiyaya təhvil verdiyinə dair heç bir işarə yoxdur.

Xatırladaq ki,  bir müddət əvvəl  Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan deyirdi ki, İran guya “Rusiya Federasiyasına hücum PUA-ları da daxil olmaqla bir neçə yüzə qədər PUA verməyə hazırlaşır".

Amma  İran Xarici İşlər Nazirliyindən bu iddiaya caba verildi. Bildirildi ki,  Tehran Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiya Federasiyasına hərbi texnika, o cümlədən pilotsuz təyyarələr satmayıb.

Sullivan iddia edirdi ki, Rusiya rəsmiləri Ukraynaya qarşı müharibədə istifadə etmək üçün hücumçu pilotsuz təyyarələrin alınması ilə bağlı danışıqlar aparmaq üçün son həftələrdə iki dəfə İrana uçub.

ABŞ Dövlət Departamenti isə son olaraq bildirib ki, əgər bu ölkə Rusiyaya pilotsuz təyyarələr tədarük edərsə, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »