Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin yerinə göz dikən Kreml rəsmisinə sui-qəsd edilib
Putinin yerinə göz dikən Kreml rəsmisinə sui-qəsd edilib

İndi Kremldə nə baş verdiyini ehtimal etmək asan deyil. Generallar bir-birinin ardınca ölkə başçısının etimadını itirir. Ukrayna müharibəsində uğursuzluq elitada böyük narazılıq yaradıb. Qərb mediası hakimiyyət dəyişikliyi planlarından yazır. Daha çox Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun oğlu Dmitrinin adı çəkilir. Digər yandan Kremldən sui-qəsd xəbəri gəlir.

Bizimyol.info xəbər verir ki, Patruşevə qarşı sui-qəsd həyata keçirilib. Putinin əsas məsləhətçisi, həm də Ukrayna müharibəsinin başlanmasının, uzun müddət davam etdirilməsinin təbliğatçılarından biri olan məmuru zəhərləyiblər. Sui-qəsd priosesində sintetik zəhərdən istifadə olunub.

Həmişə Kremldə baş verənlərlə bağlı dəqiq məlumat çatdırmaqla fərqlənən “Telegram” kanallarından biri hadisənini təfərrüatını yazıb. Nikolay Patruşev bir neçə gün əvvəl işdən evə gedəndə özünü pis etməyə başlayıb. Mühafizə xidməti dərhal həkimlər briqadasını çağırıb. Müayinədən sonra tibb işçiləri təcili xəstəxanaya yerləşdirmənin zəruri olduğunu bildiriblər və Patruşevi prezidentə xidmət edən tibb bölməsinə aparıblar. Orada katibin vəziyyətini sabitləşdirmək mümkün olub. Analizlər Patruşevin həyatına sintetik zəhərlə qəsd olunduğunu ortaya çıxarıb.

Mütəxəssislərin fikrincə, zəhər orqanizmə dəri üzərindən ötürülüb. Proses necə peşəkarlıqla həyata keçirilibsə, Patruşev heç nə hiss etməyib. Amma işdən çıxandan sonra yolda halı qarışıb.

Patruşevin ölümlə üz-üzə qalandan sonra çox qorxduğu bildirilir. Kreml rəsmisi ona qarşı növbəti sui-qəsd aktının hazırlanacağından narahatdır. Hadisəni təfsilatı ilə yazan “Telegram” kanalı elitada ciddi gərginlik yarandığını qeyd edir.

Həmin kanal bir müddət əvvəl Putinin əməliyyatı barədə geniş yazmışdı. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin intihara cəhdi barədə də məlumat verilmişdi.

Patruşev Putini hələ SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən tanıyır. Katib onda indiki ölkə rəhbərindən daha yüksək vəzifə tuturmuş. Patruşevin buna görə Putinə yuxarıdan aşağı baxması iddia olunur. Qərb mətbuatı əmindir ki, prezidentin mövqeyini itirməsindən sonra hakimiyyəti Patruşev ailəsi ələ keçirəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »