Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir"
Putin: "Fəratətrafı ərazilər Suriyanın nəzarətinə keçməlidir"

Bəzi ölkələr Suriyanın suverenliyini pozaraq orada separatçı əhval-ruhiyyəni gücləndirir.

APA-nın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Görüşdə Suriyanın şimal-şərqindəki və Fərat çayı ətrafındakı gərgin vəziyyət müzakirə olundu. Burada bəzi ölkələrin dəstəyi ilə Suriyanın suverenliyinin pozulmasına cəhdlər edilir. Xarici hərbi iştirakın möhkəmlənməsi və separatçı əhval-ruhiyyənin möhkəmlənməsi cəhdləri edilir. Rusiya Fəratətrafı ərazilərin Suriyanın qanuni hökumətinin nəzarətinə keçməsinin tərəfdarıdır” – deyə Putin vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »