Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN rəhbəri: “Enerji sahəsi Azərbaycan və Aİ arasında tərəfdaşlığın əsas elementidir”
Azərbaycan XİN rəhbəri: “Enerji sahəsi Azərbaycan və Aİ arasında tərəfdaşlığın əsas elementidir”

“Enerji sahəsi Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının əsas elementi olaraq qalır”.

“Report” xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin imzaladığı yeni anlaşma memorandumu ilə enerji tərəfdaşlığımız daha da möhkəmlənib. Biz alternativ mənbələrdən təbii qaz həcmlərini Aİ bazarına çıxarmaq məqsədi ilə Avropanın ən böyük infrastruktur və enerji layihəsi olan Cənub Qaz Dəhlizi vasitəsilə strateji tərəfdaşlığımızı inkişaf etdiririk”, - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun həyata keçirilməsi Cənub Qaz Dəhlizinin şaxələndirilməsini göstərir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »