Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: “Aİ postmünaqişə dövründə mühüm rol oynayır”
Ceyhun Bayramov: “Aİ postmünaqişə dövründə mühüm rol oynayır”

“Azərbaycan və Ermənistan arasında beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında münasibətlərin normallaşdırılmasının alternativi yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Azərbaycanın xarici işlər nazirinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) postmünaqişə dövründə mühüm rol oynayır.

O, üç görüş vasitəsilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına vasitəçilik etdiyinə görə Avropa İttifaqına təşəkkür edib: “Bu görüşlər faydalı idi, Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifah üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə dialoqa töhfə verib”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »