Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Azərbaycan müharibələrində törədilən oxşar cinayətlər
Ukrayna və Azərbaycan müharibələrində törədilən oxşar cinayətlər

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, bölgədə törədilən bir çox cinayətlərlə bağlı xüsusi ilə də mülki vətəndaşlara qarşı törədilən əməllərlə bağlı beynəlxalq səviyyəli məhkəmə qurulması əslində təqdir olunan bir addımdır. Hesab edirəm ki, müharibə cinayətlərinin araşdırılması və cinayətkarların cəzalandırılması, beynəlxalq hüququn ən mühüm prinsiplərindən biri olmaqla dünya dövlətlərinin beynəlxalq davranışlarının prioritet istiqamətlərini təşkil etməlidir. Təəssüf ki, Ukraynada baş verən hadisələrə qarşı dünya birliyinin sərgilədiyi yanaşma Rusiya sülhməramlı qüvvələri tərəfindən törədilməsi iddia olunan bir çox cinayətlərin beynəlxalq səviyyədə araşdırılması ilə bağlı fikirlərin səslənməsi 2020-ci ilin sonlarında 44 günlük Vətən müharibəsi dövründə, işğalçı Eemənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi tərəfindən Azərbaycan xalqına, dinc vətəndaşlarına qarşı törədilən cinayətlərə münasibəti yenidən aktuallaşdırıb, gündəmə gətirib”.

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. Onun sözlərinə görə, 44 günlük vətən müharibəsi dövründə Ermənistan dövləti işğalçılıq siyasəti həyata keçirməklə yanaşı, on illiklərlə Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyondan artıq insanımızın elementar hüquqlarını tapdalamaqla yanaşı, 44 günlük Vətən müharibəsi dövründə, böyük müharibə cinayətlərinə də əl atıb. Xüsusi ilə də qadağan olunmuş silahlardan istifadə olunması, döyüş bölgəsindən uzaqda yerləşən dinc əhaliyə qarşı, raketlərdən istifadə etməklə, kütləvi qırğınların törədilməsi və erməni xarakterini, erməni vəhşiliyini azərbaycanlılara qarşı daim soyqırım siyasəti yeritmək istəklərini göstərməklə yanaşı, bu həm də beynəlxalq ictimaiyyətin bu haqsızlığa, bu cinayətlərə göz yumması ilə müşahidə olundu.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Ukrayna və Azəbaycana münasibətdə baş verən, törədilən oxşar müharibə cinayətlərinin araşdırılması və bu cinayətlərə münasibətdə beynəlxalq ictimaiyyətin sərgilədiyi mövqe bir daha beynəlxalq aləmdə, beynəlxalq siyasətdə ədalətin, haqqın olmadığı və ikili standartların, ikili yanaşmanın üstünlük təşkil etdiyini, işğalçı ilə işğala məruz qalan arasında münasibətlərin yalnız faktlara, cinayətlərə, törədilən əməllərə deyil, tərəflərin kimliyinə münasibətdə fərq qoyulduğunu ortaya çıxardı.

Azərbaycan dövləti davamlı şəkildə beynəlxalq ictimaiyyətdən həm 44 günlük Vətən müharibəsi dövründə həm də, 44 günlük Vətən müharibəsinə qədər 30 ilə yaxın işğal dövründə Ermənistan dövlətinin, erməni canilərinin törətdiyi cinayətlərin araşdırılması və beynəlxalq müstəvidə siyasi, hüquqi qiymətinin verilməsi ilə bağlı tələblərini daha da artırmalı və bu istiqamətdə real işlər həyata keçirməlidir”,- deyə politoloq qeyd edib.

Anar Əliyev bildirir ki, "bir sıra beynəlxalq təcrübələr məsələn Ruanda canilərinin cəzalandırılması ilə bağlı beynəlxalq məhkəmənin qərar verməsi, eyni zamanda Ukraynada baş verən hadisələrə və hərbi cinayətlərə qarşı beynəlxalq araşdırmaların başlanılması ilə bağlı addımların atılması, Azərbaycana qarşı  ermənilər tərəfindən törədilən cinayətlərin də araşdırılması üçün hüquqi nümunə yaradır və bundan istifadə edərək biz nəhayət ki, beynəlxalq ictimaiyyətdən, beynəlxalq məhkəmələrdən Azərbaycanın haqq-ədalət mövqeyinə uyğun, reallıqlara uyğun, törədilən cinayətlərin mahiyyətinə uyğun hüquqi qərarların verilməsi və Ermənistanın hərbi siyasi rəhbərliyinin, cinayətkar rəhbərliyinin cəzalandırılmasına nail olmalıyıq".

Ukraynada Rusiya silahlı qüvvələrinin, törətdiyi iddia edilən cinayətlərin araşdırılması ilə bağlı belə bir addımın atılması, növbəti illərdə də başqa dövlətlər üçün işğalçılıq siyasəti yeritmək istəyən, soyqırım planlayan dövlətlər üçün də bir örnək, bir nümunə olacaq. Hamı biləcək ki, belə bir cinayətlərin törədilməsi, belə bir addımların atılması gec-tez həmin addımları atan şəxslərin və tərəflərin, dövlətlərin beynəlxalq səviyyədə cəzalandırılması ilə yekunlaşmalıdır. Bunun üçün beynəlxalq səviyyə də dünya dövlətləri, gücləri səviyyəsində ikili standart aradan qalxmalı, bütün işğalçı və işğala məruz qalan tərəflərə münasibət də yalnız hüquqi prosedur, yalnız hüququn tələbləri əsas götürülməlidir.

“Mən hesab edirəm ki, bu istiqamətdə vacib olan addımlardan biri də dünyanın ən böyük beynəlxalq təşkilatı BMT-nin qərarlarının qəbul edilməsi, qərarlarının icra edilməsi ilə bağlı mexanizmin yenidən işlənib, təkmilləşdirilməsi olmalıdır”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »