Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Avropanın qazını tam olaraq kəsib: “Bu, müharibə elan etməkdir”
Putin Avropanın qazını tam olaraq kəsib: “Bu, müharibə elan etməkdir”

Rusiyanın enerji nəhəngi “Qazprom” Avropalı müştərilərinə qaz axınına zəmanət verə bilməyəcəyini bəyan edib və “fors-major” elan edib. “RusEnergy” mərkəzinin həmtəsisçisi Mixail Krutixin “Deutsche Welle”yə deyib ki, göstəriş Putindən gəlmiş ola bilər: “Bu, müharibə elan etməkdir”.

Bizimyol.info xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” Baltik dənizinin dibi ilə Avropaya qaz axını təmin edən “Şimal axını 1” boru kəmərindəki nasazlığın Kanadadan gözlənilən ehtiyat hissələri səbəbindən tamamlana bilmədiyini əsas gətirərək boru kəmərinin ötürmə qabiliyyətini 40 faizə endirib.

Qaz təchizatı 60 faiz azalan Avropa təşvişə düşdüyü halda, bu dəfə kəmər illik texniki xidmət üçün tamamilə bağlanıb. Şirkətdən verilən açıqlamada kəmərin 21 iyul tarixinə qədər istismara veriləcəyi açıqlanıb. Boru kəmərində axın hazırda sıfırdır.

Kəmərdə texniki xidmətin 2-3 günə başa çatdırılması gözlənilir, lakin Avropada geniş yayılmış narahatlıq ondan ibarətdir ki, Rusiya onlara tətbiq etdiyi sanksiyalara cavab olaraq kranları bağlı saxlayacaq.

“Qazprom”un Avropa ölkələrinə bildirişi bu narahatlığı daha da artırıb. Enerji nəhəngi Avropadakı müştərilərinin qaz tədarükünə “zəmanət” verə bilməyəcəyini açıqlayıb və fors-major vəziyyəti elan edib.

Almaniya “Qazprom”un bəyanatını “ədalətsiz” adlandırıb və qanuni olaraq rədd edib. Almaniya hökuməti qaz axını ilə bağlı qeyri-müəyyənliyin mərkəzində olan ehtiyat hissəsinin sentyabrda quraşdırılmalı olduğunu və bununla bağlı başqa maneənin olmamasının lazım olduğunu vurğulayıb.

Rusiyanın bəyanatı Qərb mətbuatında “Şimal axını 1” boru kəməri ilə qaz nəqlinin davam etməyəcəyinə dair ilk ipucu kimi şərh edilib.

"Qazprom-un fors-major haqqında danışdığını eşidəndə fikirləşdim ki, bu, sadəcə, prezident Putinin göstərişi ola bilər. Bu, müharibə elanıdır, bu, qaz müharibəsidir ",- "RusEnerji"nin həmtəsisçisi Mixail Krutixin “Deutsche Welle”-yə bildirib. Krutixin əlavə edib ki, Rusiyanın Avropaya qaz ixrac etmək üçün mövcud üç boru kəməri və bunu asanlıqla həyata keçirmək üçün kifayət qədər ehtiyat variantları var.

“Şimal axını” boru kəməri Avropanı hər il 55 milyard kubmetr qazla təmin edir və qitənin tələbatının təxminən 40 faizini ödəyir. Ardıcıl sanksiyalara baxmayaraq, hazırda Rusiya qazının kütləvi şəkildə kəsilməsindən söhbət gedə bilməz, lakin boru kəməri ilə qaz axını son aylarda azalma tendensiyasındadır.

Əgər Moskva Ukraynadakı müharibəyə görə onlara qarşı tətbiq edilən sanksiyalara cavab olaraq boru kəmərini bağlasa, bu, regionu tənəzzülə sürükləmək riski daşıyan enerji böhranının başlanğıcı olacaq.

Avropanı əhatə edən isti dalğası səbəbindən enerji tələbatında ciddi artım yaşayan Avropa ölkələri bu günlərdə qarşılaşa biləcəkləri dağıdıcı enerji çatışmazlığından qaçmaq üçün qaz anbarlarını doldururlar.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen böhranı həll etmək üçün bir neçə il ərzində Azərbaycandan alınan təbii qazın həcmini iki dəfə artırmağı planlaşdırdıqlarını açıqlayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »