Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya dünyanın qalan hissəsindən təcrid vəziyyətinə düşüb"
"Rusiya dünyanın qalan hissəsindən təcrid vəziyyətinə düşüb"

Rusiya prezidenti Vladimir Putinin “Rusiya Federasiyasının bütün dünya ilə əlaqəsi kəsilə bilməz” açıqlamalarına baxmayaraq, Rusiya dünyanın qalan hissəsindən tam təcrid vəziyyətinə düşüb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays brifinqdə deyib. Onun sözlərinə görə, Kremldən fərqli bəyanatın verilməsinə baxmayaraq, Rusiya dünyanın qalan hissəsindən iqtisadi, maliyyə, siyasi və diplomatik təcrid vəziyyətinə düşüb.

"O, məhz Putinin verdiyi qərarlara, xüsusən də Ukrayna xalqına qarşı bu əsassız, qeyri-qanuni, qəddar müharibəyə başlamaq qərarına görə dünyanın qalan hissəsindən təcrid edilib",- deyə Prays bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmilərinin Rusiyanın təcrid olunmasına təəccüblənməsini eşitmək “bir az təəccüblüdür”. Çünki ABŞ fevralın 24-dən əvvəl Moskvanı Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı halında böyük itkilər verəcəyi barədə açıq şəkildə xəbərdar etmişdi.

Co Bayden hesab edir ki, Ukrayna Rusiyaya ciddi zərbə vurub, o, artıq genişmiqyaslı işğala görə çox yüksək əvəz ödəyir. Bayden vurğulayıb ki, zaman keçdikcə dünya Ukraynadakı müharibədən yorulacağı və onun Rusiyaya müqavimət göstərməsinə kömək etməyi dayandıracağı düşüncəsindən qorxmur.

ABŞ prezidenti iddia edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi Putinin Ukraynaya qarşı aqressiv planların üstünü açmağa və dünyanı onun hücuma hazırlaşdığı barədə xəbərdar etməyə imkan yaradıb.

Onun sözlərinə görə, Putin qlobal sabitliyə meydan oxuyub və Ukraynaya qarşı müharibə onun strateji məğlubiyyəti olmalıdır.

“Putinin müharibəsi onun strateji məğlubiyyəti olmalıdır. Azad dünya bizim Ukraynaya öz demokratiyasını müdafiə etmək fikrimizi dəstəkləməlidir”, - deyə Bayden deyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »