Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask və sosial şəbəkə nəhəngi arasında münaqişə böyüyür
İlon Mask və sosial şəbəkə nəhəngi arasında münaqişə böyüyür

Amerikalı sahibkar İlon Mask sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqaviləni poza bilmək üçün “Tvitter” rəhbərliyinə qarşı iddia qaldırır.

Bizimyol.info xəbər verir ki, bu barədə “New York Post” xəbər verir. Nəşrin məlumatına görə, dünyanın ən varlı adamının hüquq məsləhətçiləri saxta “Tvitter” hesablarının mövcudluğunu təsdiq edən materialları toplamaq üçün əlavə vaxt qazanmaq məqsədilə irəli sürülən iddiadan istifadə etməyi planlaşdırırlar.

Eyni zamanda qəzet vurğulayıb ki, Maskın əks iddiası “Tvitter”-in qiymətli kağızlarının dəyərinə mənfi təsir göstərəcək. Bu isə gələcəkdə sahibkara İT nəhəngini almaq üçün sosial şəbəkənin rəhbərliyindən daha yaxşı qiymət almağa imkan verəcək. Bir müddət əvvəl isə qeyd eidlirdi ki, “Tvitter” rəhbərliyi sosial şəbəkə almaqdan imtina etdiyinə görə İlon Maskı məhkəməyə vermək qərarına gəlib.

Daha əvvəl İlon Mask Tvitter-i 44 milyard dollara almağa hazırlaşdığını bildirsə də, əməliyyat zamanı maraqlı detallar ortaya çıxıb və bu səbəbdən sövdələşmədən imtina etmək məcburiyyətində qalıb. Səbəblərdən biri Maskın nümayəndələrinin rəsmi məktubda qeyd etdiyi kimi, “Tvitter” spam hesablarının sayını azaltmasıdır. Rəsmi olaraq sosial şəbəkə hesabların ümumi sayının təxminən beş faizinin adını çəkir, lakin Maskın sözlərinə görə, reallıqda daha çox spam göndərənlər var.

Səs-küylü iddialar “Tvitter” rəhbərliyini məhkəməyə getməyə məcbur edib. Sosial şəbəkənin sədri Bret Taylor bildirib ki, o, Maskı nəinki sövdələşməni başa çatdırmağa, həm də cərimə ödəməyə məcbur etmək niyyətindədir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »