Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin və ABŞ arasında Tayvan gərginliyi artır
Çin və ABŞ arasında Tayvan gərginliyi artır

Çin və ABŞ arasında Tayvan gərginliyi davam edir. Çin dövlət televiziyası Müdafiə Nazirliyinə istinadən xəbər verib ki, Çin ABŞ-dan Tayvana potensial silah satışını dərhal ləğv etməyi tələb edib.

Bizimyol.info xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cümə günü elan edib ki, ABŞ Dövlət Departamenti Tayvana təxminən 108 milyon dollar dəyərində hərbi texniki yardım satışına icazə verib.

Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin cümə günü verdiyi açıqlamada, "təklif edilən satış, alıcının avtomobillərinin, atıcı silahlarının, döyüş silahlarının sistemlərinin və logistika dəstəyinin saxlanmasına töhfə verməklə, cari və gələcək təhlükələrə qarşı durmaq qabiliyyətini artıracaq",- deyə bildirilib.

Açıqlamada silah satışının Tayvanın ABŞ və digər müttəfiqləri ilə hərbi əməkdaşlıq imkanlarını artıracağı, Tayvan silahlı qüvvələrinin texnika və dəstək almaqda çətinlik çəkməyəcəyi bildirilib. ABŞ Dövlət Departamentinin verdiyi açıqlamada müqavilənin imzalandığı və ya danışıqların yekunlaşdığı göstərilmir.

Razılaşmanın bir ay ərzində qüvvəyə minməsini gözlədiklərini ifadə edən Tayvan Müdafiə Nazirliyi, "Çin kommunistlərinin genişlənən hərbi təhdidləri qarşısında texnikanın düzgün saxlanması yeni alınan silah və avadanlıqlar qədər vacibdir" deyə bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) çətiri altında fəaliyyət göstərən ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin keçən iyun ayında verdiyi açıqlamada, ABŞ Dövlət Departamentinin Tayvana 108 milyon dollar dəyərində ehtiyat hissələrinin satışını təsdiqlədiyi açıqlanıb.:"Təklif edilən satış, yerüstü gəmi donanmasının saxlanmasına töhfə verməklə alıcının cari və gələcək təhlükələrə cavab vermək qabiliyyətini artıracaq”.

Sözügedən ehtiyat hissələrin ABŞ Hərbi Dəniz Qüvvələrinin təsdiq edilmiş dilerlərindən və ya ABŞ Donanması ehtiyatından tədarük ediləcəyi bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »