Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresi Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləyib
ABŞ Konqresi Finlandiya və İsveçin NATO üzvlüyünü təsdiqləyib

ABŞ Konqresinin aşağı palatasının nümayəndələri Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyiblər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə  Amerikanın "The Hill" nəşri yazır.

Nəşrin məlumatına görə, Finlandiya və İsveçin hərbi-siyasi bloka qoşulması ilə bağlı qətnamənin lehinə 394 konqresmen, 18 qanunverici isə əleyhinə səs verib.

Bundan əlavə, nəşr qətnaməyə qarşı çıxan Amerika qanunverici orqanının nümayəndələrinin ABŞ Respublikaçılar Partiyasının nümayəndələri olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkə hakimiyyəti Ankaranın şərtlərinə əməl etməsə, Finlandiya və İsveçin NATO-ya girişini dondura bilər.

Şimali Atlantika Alyansı ölkələri rəsmi olaraq Finlandiya və İsveçə NATO-ya üzv olmaq üçün dəvət göndəriblər. Alyansa qoşulmaq üçün ona daxil olan bütün dövlətlərin razılığı lazımdır.

Ankara Stokholm və Helsinkinin daxil olmasına qarşı çıxıb. Çünki bu ölkələr Türkiyədə qadağan olunmuş PKK-nı dəstəkləyir. Problemin həlli üçün üçtərəfli danışıqlar aparılıb.

Ölkələr arasında razılaşma əldə olunub. Razılaşmanın müddəalarının həyata keçirilməsi Finlandiya və İsveçə Türkiyənin səsini qazanmağa və Şimali Atlantika Alyansına üzv olmağa imkan verəcək.

İsveç hələlik Türkiyəyə ekstradisiya üçün yalnız on partiya üzvünün siyahısını hazırlayıb.

Xatırladaq ki, bir müddət əvvəl bildirilmişdi ki,  Finlandiyada NATO hərbi bazaları  yarandığı halda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün adekvat cavab tədbirləri görəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »