Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada terror təşkilatı üzvləri ilə əl-ələ tutan amerikalı senator
Suriyada terror təşkilatı üzvləri ilə əl-ələ tutan amerikalı senator

ABŞ-ın nüfuzlu senatorlarından Lindsey Qrahamın iki həftə əvvəl Ankara və Ərbil səfərlərindən sonra Suriyaya getdiyi və terror təşkilatının üzvləri ilə görüşdüyü məlum olub.

Bizimyol.info xəbər verir ki, ABŞ Suriyanın şimalında terror təşkilatı PKK/YPG ilə əməkdaşlıqda ləngimir. ABŞ Senatının ən nüfuzlu respublikaçılarından olan və əvvəlki prezident Donald Trampın “mürşidi” olaraq görülən Lindsey Qraham iyulun 5-də PKK/YPG-nin işğalı altında olan Haseke şəhərinə səfər edib. ABŞ Müdafiə Nazirliyinin dərc etdiyi fotoşəkillərdən görünür ki, Qraham bölgədəki terror təşkilatının lideri tərəfindən qarşılanıb.

Xatırladaq ki, Qraham Suriyaya getməzdən iki gün əvvəl Ankaraya səfər edib və Türkiyə prezidentinin sözçüsü İbrahim Kalınla görüşüb.

Səhərisi gün isə Şimali İraq Kürd Regional Rəhbərliyinin qərargahı Ərbilə gedən Qrahamın Ukraynaya səfəri ilə bağlı xəbərlər mətbuatda öz əksini tapıb.

Bütün bu ziyarətlərini sosial media hesabından açıqlayan Qraham Suriyaya getdiyini paylaşmayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »