Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya ABŞ-ın verdiyi silahlar qarşısında müdafiəsizdir"
"Rusiya ABŞ-ın verdiyi silahlar qarşısında müdafiəsizdir"

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukraynanın əvvəlkindən daha çox uzaqmənzilli mərmilər aldığını bildirib.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o, bu barədə milli telemarafonun efirində Amerikanın HIMARS raket sistemlərinin istifadəsini şərh edərkən danışıb. Danilovun sözlərinə görə, Avropada sovet mərmiləri tükənmək üzrədir, Ukrayna isə NATO kalibrlərinə keçməyə başlayır.

"Haqqında danışdığınız HIMARS-a gəlincə, isə deyə bilərəm ki,  biz artıq əvvəlkindən daha çox  raketlər almağa başlamışıq. Ümid edək ki, bizə lazım olan poliqon tezliklə ölkəmizin ərazisində yaranacaq”,- deyə o əlavə edib.

Qeyd edək ki, bu günə qədər Ukraynanın 70-80 km məsafəni vuran HIMARS üçün raket aldığına dair rəsmi məlumatlar var. Ukrayna Silahlı Qüvvələri Rusiya xəttinin arxasındakı anbarlara və qərargahlara zərbələr endirmək üçün HIMARS-dan istifadə edir.

Bir neçə gün öncə müdafiə naziri Oleksiy Reznikov Ukraynanın HIMARS üçün 300 km mənzilli raketlər alacağına əmin olduğunu bildirib. "Düşünürəm ki, bu, mərhələli addımdır. Biz onları dəqiq və mükəmməl şəkildə istifadə edə biləcəyimizi sübut edirik",- deyə o əlavə edib.

Danilov qeyd edib ki, Ukraynada artıq doqquz HIMARS və analoji raket kompleksləri "ölümcül nəticə ilə" işləyir. Rusiya tərəfi "onlara qarşı müdafiəsizdirlər və çox narahatdırlar".

Danilov vurğulayıb ki, Ukrayna irəliləməyə başlamaq üçün onlarla əlavə HIMARS qurğusuna ehtiyac duyacaq. Amma hələ ki, Ukrayna müdafiə müharibəsi aparır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »