Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrel: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır"
Borrel: "Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü hərtərəfli həll yolunda mühüm addımdır"

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Tbilisidə baş tutan görüş hərtərəfli həll yolunda mühüm addımdır".

"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel tviter hesabında qeyd edib.

"Normallaşmaya, barışığa yalnız birbaşa dialoqla nail olmaq mümkündür", - Borrel vurğulayıb.

Borrel bildirib ki, Avropa İttifaqı sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməkdə maraqlıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »