Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran, Rusiya və Türkiyə prezidentləri Suriyanı müzakirə edəcək
İran, Rusiya və Türkiyə prezidentləri Suriyanı müzakirə edəcək

Sabah Tehranda Suriya probleminin həlli üçün Astana prosesi ölkələrinin zirvə toplantısı keçiriləcək.

APA xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib.

O bildirib ki, zirvə görüşündə İran, Rusiya və Türkiyə prezidentləri iştirak edəcək.

Nazirin sözlərinə görə, görüşün əsas gündəliyi Suriyadakı vəziyyətdir.

O, Suriyada gərginliyin azaldılması və sabitliyin yaradılmasının zəruriliyini vurğulayıb: “Mən Suriya və Türkiyəyə səfərim zamanı prezident İbrahim Rəisinin bu məsələ ilə bağlı mesajını çatdırdım. İclasda münaqişə bölgəsində gərginliyin azaldılması, suriyalı qaçqınların qayıtması və Suriyada sabitliyin yaranmasına yardım kimi məsələlər müzakirə olunacaq”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »