Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər
Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Amma bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”, - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv olan bəzi dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Nazir məlumat verib ki, yeni sanksiyalar paketinə 48 fiziki şəxs, o cümlədən Rusiyanın Baş nazirinin müavinlərindən biri, bir neçə regional lider və 9 təşkilat daxil ediləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »