Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "kloun" fotosu böhran yaratdı: İsveçrə qəzetinə ruslardan təhdid
Putinin "kloun" fotosu böhran yaratdı: İsveçrə qəzetinə ruslardan təhdid

Rusiya ilə Ukrayna arasındakı müharibə cəbhədəki bütün zorakılıqları ilə davam edərkən, müharibənin siyasi ölçüsü bir çox ölkələr arasında gərginliklərə səbəb olur.

Bizimyol.info xəbər verir ki, Rusiya səfirliyi Putinin kloun şəklini dərc edən İsveçrə qəzetini hədələyib. Xəbərə görə, Rusiyanın İsveçrədəki səfirliyi prezident Vladimir Putinin üzündə təlxək burnu və göy qurşağı zolaqları olan karikaturasını dərc edən İsveçrə qəzetinə hüquqi təhdid göndərib.

“Washington Post”un məlumatına görə, səfirliyin mətbuat xidməti şənbə günü öz internet səhifəsində yerləşdirdiyi məktubda “Neue Zürcher Zeitung” qəzetini bu cür fotoşəkillərə görə tənqid edib.

Səfirliyin məktubunda, “əgər təlxəklikdən danışırıqsa, bu mövzuya keçmiş ukraynalı komediya aktyoru V. Zelenskinin yaxın keçmişi kontekstində toxunmaq daha məqsədəuyğun olardı ”,- deyə bildirib.

İsveçrənin Swissinfo xəbər agentliyinə görə, səfirlik qəzəbli bir dillə deyib: "Biz inanırıq ki, ifadə azadlığı heç bir şəkildə böhtan və saxta şeylər yaymaq azadlığı ilə uyğun gəlmir".

Qeyd edək ki, “Superqəhrəmanlarla yaramazlar arasında: Ukrayna müharibəsində memların gücü” adlı məqalədə Ukrayna prezidenti Vladimir Zelenski “kapitan Amerika”ya bənzər kostyumda Ukrayna rəngləri və simvolları ilə Putin isə təlxək burunlu təsvir edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »