Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqu ABŞ-ın silahlarını vurmaq əmri verib: Amma necə?..
Şoyqu ABŞ-ın silahlarını vurmaq əmri verib: Amma necə?..

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya səfəri zamanı qoşunlarına Ukraynadan gələn hücumların qarşısını almaq və Qərbdən gələn silahları məhv etmək üçün “atmaq” əmri verib.

“The New York Times” qəzeti Rusiyanın gələcək dövrdə daha aqressiv bir mövqe tutacağını iddia edərkən Rusiyanın əsas hədəfinin Qərbdən Ukraynaya göndərilən silahlar olacağı düşünülür.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 5 aydır ki, davam edir. Rusшнф əsgərləri xüsusilə Donbas bölgəsində hücumlarını artırarkən Rusiyanın müdafiə naziri Sergey Şoyqu gözlənilmədən Ukraynaya səfər edib.

Şoyqu açıqlamasında Rusiya Ordusuna “atəş açmaq” əmri, Müdafiə Nazirliyi isəUkrayna ordusunun Donbas və digər mülki infrastruktura, yaşayış məntəqələrinə hücum ehtimalını aradan qaldırmaq üçün lazımi göstərişlər verdiyini təsdiqləyib.

Məlumat üçün bildirək ki, Qərbdən Ukraynaya silah yardımının artması səbəbindən Rusiyanın əsas hədəfinin Qərb silahları olduğu bildirilir. Bu gün Qərb mətbuatında yayılan xəbərlərə görə, Şoyqu qoşunlarına hücumlarında uzaqmənzilli raketləri və artilleriya qurğularını məhv etməyə üstünlük verməyi əmr edib.

Xatırladaq ki, Rusiya Ukraynanı mülki infrastruktura hücumda ittiham edir, Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanyk isə Rusiyanın raket hücumlarının yalnız 30 faizinin hərbi infrastrukturu hədəf aldığını və daha çox mülki yaşayış məntəqələrini vurduğunu bildirib.

Şoyqunun belə bir əmr verməsinə baxmayaraq, hazırda Rusiyanın arsenalında Ukraynanın silahlarını hədəfə almaq üçün yüksək dəqiqlikli reketlərin qalmadığı deyilir. Rusiya artıq sovet dövründən qalma raketlərdən istifadə edir. Xaricdən çip alınmasına qadağa qoyulduğu üçün Rusiya yeni silahlar istehsal edə bilmir. Ona görə də Rusiyanın ABŞ-dan Ukraynaya gələn silahları sistemli şəkildə sıradan çıxara biləcəyi inandırıcı görünmür.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »