Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sərhədində NATO bazası qurulacaq: Kremlin cavabı nə olacaq?
Rusiya sərhədində NATO bazası qurulacaq: Kremlin cavabı nə olacaq?

“Finlandiyada NATO bazaları yaradılsa, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməli olacaq”.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov danışıb.

“Əgər NATO infrastrukturu Finlandiya ərazisində daimi hərbi bazalar, ağır zərbələr vuran hücum silahları, raket sistemləri və sair formada yaradarsa, bu başqa məsələdir. Bu halda Rusiya təbii ki, lazımi tədbirləri görməyə məcbur olacaq. Rusiya cavab olaraq, təhlükəsizliyini təmin etmək üçün adekvat tədbirlər görəcək”,- deyə diplomat bildiirb.

Kuznetsov həmçinin qeyd edib ki, Finlandiyanın hərbi-siyasi və xarici siyasət tərəfi hadisələrin bu cür inkişafının Finlandiyanın maraqlarına cavab vermədiyini başa düşür.

Qeyd edək ki, iyunun 29-da NATO ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdə Finlandiya və İsveçi alyansa qoşulmağa rəsmən dəvət ediblər. Türkiyə bloka daxil olan 30 ölkədən onların daxil olmasına qarşı çıxan yeganə ölkə idi. Sonradan tərəflər yenə də razılığa gələ biliblər.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın Rusiya ilə sərhədinə yaxın Cənubi Kareliya əyalətinin Lapeenranta şəhəri öz hava limanına NATO bazasını yerləşdirməyi təklif edib.

Bu barədə şəhərin meri Kimmo Jarva bildirib. “Silahlı qüvvələr bunu istəsə, bu, mütləqdir”,- deyən şəhər rəhbəri bildirib ki, bu sahənin mütəxəssisi olmadığı üçün ordunun hara yerləşəcəyinə o qərar verə bilməz.

Jarva əlavə edib ki, Finlandiyanın NATO-ya üzvlüyü perspektivi Cənubi Kareliyaya və belə bir ssenari üzrə sərhəd əyalətində fəaliyyət göstərmək istəyən şirkətlər üçün ümid və təhlükəsizlik hissi verir.

Merin sözlərinə görə, şəhərdə NATO bazasının yaradılması ilə bağlı müzakirələr Finlandiyanın alyansa qoşulmaqdan danışdığı bir vaxtda başlayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »