Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb. Lüksemburq Xarici İşlər Nazirliyi Ukraynada Rusiyaya dəstək verən hər kəsin sanksiyalar siyahısına daxil ediləcəyini vəd edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Avropa İttifaqının yeni sanksiyaları Ukraynada Rusiyaya dəstək verən fiziki və hüquqi şəxslərə təsir edəcək.

“Hesab edirəm ki, biz bu sanksiyalarla bağlı hər şeyi hazırlamışıq. Bilirəm ki, onlar dünyanı dəyişməyəcək. Amma hesab edirəm ki, tutduğumuz kursu davam etdirməliyik. Yenə də söhbət ilk növbədə Rusiyadan olan insanlardan, siyasətçilərdən, həm də onların Ukraynadan olan əlbirlərindən gedir. Söhbət bəzi hüquqi şəxslərdən də gedir",- deyə Lüksemburqun xarici işlər naziri Jean Asselborn yeni məhdudiyyətlər haqqında danışarkən bildiirb. Asselborn yeni sanksiyaların nə vaxt qüvvəyə minə biləcəyini açıqlamayıb.

Xatırladaq ki, iyun ayında Avropa İttifaqı müharibə başlayandan bəri Rusiyaya qarşı sanksiyaların altıncı paketini rəsmən təqdim edib. 6-cı sanksiyalar paketində əsas tədbir Rusiyadan neft tədarükünə qismən embarqo qoyulmasıdır.

Qadağaya “Drujba” boru kəməri ilə tədarük edilən xammal daxil olmayacaq. Neftdən imtinanın altı ay ərzində, neft məhsullarından isə səkkiz ay ərzində baş verəcəyi planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl “Yandex”-in yaradıcısı Arkadi Voloj şəxsi sanksiyalara məruz qalıb. 2020-ci ildə “Yandex” və “Sberbank”-ın aktivlərinin bölünməsi zamanı şirkətin bir hissəsini VTB Capital investisiya bankı alaraq əlavə səhm buraxılışını həyata keçirəcəyi bildirilirdi. 2019-cu ilə qədər “Sberbank” “Yandex”-in "qızıl payına" sahib idi, lakin sonradan həmin pay İctimai Maraq Fonduna köçürüldü.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »