Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski satqınlıqda şübhəli bilinən vəzifəli şəxsləri işdən çıxardı
Zelenski satqınlıqda şübhəli bilinən vəzifəli şəxsləri işdən çıxardı

Ukraynada yüksək vəzifəli şəxslər işdən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada bildirib ki, “Ukrayna İstintaq Bürosunun Ukrayna Təhlükəsizlik Xidməti ilə birlikdə Krım Muxtar Respublikası üzrə SBU-nun Baş İdarəsinin keçmiş rəhbəri saxlanılıb".

"Bu şəxsin işdən çıxarılması tamamilə haqlı idi. Bu şəxsin dövlətə xəyanətdə şübhəsi olması ilə bağlı sübutlar toplanıb. Bütün cinayət sənədləşdirilir. Onun bu müddət ərzində və daha əvvəl gördüyü bütün işlər layiqincə qiymətləndiriləcək”,- deyə o, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri İvan Bakanovu və Ukraynanın baş prokuroru İrina Venicetovanı vəzifəsindən azad etdiyini bildirib.

Xerson və Xarkov şəhərlərində hüquq-mühafizə orqanlarının işini araşdırdığını qeyd edən Zelenski “bu gün prokurorluq, ibtidai istintaq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının dövlətə xəyanət və əməkdaşlıq fəaliyyətləri ilə bağlı 651 cinayət işi açılıb. 198 cinayət işi üzrə müvafiq şəxslərə qarşı ittihamlar irəli sürülüb.

Xüsusilə, Zelenski Prokurorluğun və SBU-nun 60-dan çox əməkdaşının Rusiyanın işğal etdiyi ərazilərdə qaldığını və Ukraynaya qarşı işlədiyini bəyan edib ki, bu , müvafiq rəhbərlərə ciddi suallar yaradır. Bu sualların hər birinə müvafiq cavablar veriləcək”,- deyə qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ukraynanın Krımı geri alacağı və Krım körpüsünə hücum edəcəyi təqdirdə qiyamət olacağı ilə bağlı sözlərinə cavab verən Zelenski “bu gün Rusiyadan Ukrayna üçün qiyamətlə bağlı tutarsız sözlər eşitdim. Təbii ki, heç kim belə hədə-qorxu ilə barışmayacaq. Rusiyanın Donbass səmasında Malayziyanın "Boeing" təyyarəsini məhv etməsinin ildönümüdür. Açıq terror aktı nəticəsində 298 nəfər həlak olub. Onlardan 80-i uşaq olub. O zaman da Rusiya bu yolla gedirdi”,- deyə bildirib və Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasının vacibliyini vurğulayıb.

Onu da əlavə edək ki, Zelenski dərc etdiyi fərmanla Aleksey Simonenkonu da Ukraynanın baş prokuroru təyin edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »