Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan sözdə Ukraynanın, əməldə Rusiyanın yanındadır
Yunanıstan sözdə Ukraynanın, əməldə Rusiyanın yanındadır

Yunanıstanda gəmi sahibləri embarqo qüvvəyə minənə qədər mümkün qədər çox Rusiya xam neftini daşımağa çalışırlar.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır. Brokerlərin fikrincə, dünya tanker donanmasının demək olar ki, üçdə birinə nəzarət edən Yunanıstan şirkətləri may və iyun aylarında Rusiyadan neft daşımalarının təxminən yarısını həyata keçirib.

“Lloyds List Intelligence”-in məlumatına görə, bu müddət ərzində yunan tankerləri Rusiyanın Qara və Baltik dənizlərindəki limanlarına 151 giriş edib. Bir il əvvəl, eyni dövrdə cəmi 89 ziyarət olub.

Onlar hətta nəşrin Çin və Rusiya gəmi sahibləri üçün “ənənəvi ehtiyat” adlandırdığı Uzaq Şərq limanlarına da giriş etməyə başlayıblar. Əslində Yunanıstan şirkətlərinin marağı çox sadədir. Belə ki, bir neçə aydan sonra sanksiyalar onların donanmasının üçdə birini müvəqqəti olaraq işsiz qoya bilər. Bu səbəbdən də, onlar bacardıqca pul qazanmağa çalışırlar.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra neftə güclü tələbat orta ölçülü Aframax tankerlərinin yük tariflərini gündə 10.000 dollardan 40.000 dollara qədər olmaqla 4 dəfə artırıb.

Xatırladaq ki, Avropa İttifaqının neft embarqosu dekabrın 5-də qüvvəyə minəcək. Sanksiyalar Rusiya neftinin dəniz yolu ilə Avropaya nəqlinə qadağa qoyulmasını nəzərdə tutur. Qitənin hüdudlarından kənarda gəmilərin daşıması qadağan edilmir. Ancaq gəmilər Aİ-də sığorta təminatı ala bilməyəcək, bu isə üzməyi qeyri-mümkün edəcək.

Qeyd edək ki, prezident Volodomir Zelenski bir neçə dəfə Yunanıstan gəmi sahiblərini tankerlərinə Rusiya neftinin yüklənməsinə icazə verdiyinə görə açıq şəkildə tənqid edib. Müşahidələrdən belə anlaşılır ki, Yunanıstan hökuməti bilərəkdən bu siyasəti dəstəkləyir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »