Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən "uzun müharibə" etirafı: "Dəqiq vaxt çərçivəsi yoxdur"
Kremldən "uzun müharibə" etirafı: "Dəqiq vaxt çərçivəsi yoxdur"

“Ukraynadakı xüsusi hərbi əməliyyat bütün məqsədlərinə çatdıqdan sonra başa çatacaq”.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov danışıb.

Prezidentin mətbuat katibinin sözlərinə görə, dəqiq vaxt çərçivəsi yoxdur. “Əsas məsələ bu əməliyyatın səmərəliliyidir”,- deyə Peskov vurğulayıb. Bir müddət əvvəl isə, Kremlin sözçüsü bildirib ki, Ukrayna ilə danışıqların bərpasından indi söhbət gedə bilməz. Bundan başqa, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında son danışıqlar zamanı iki ölkə liderləri bu məsələni müzakirə etməyiblər.

Zaman-zaman Rusiyadan bu cür açıqlamalar gəlsə də, vəziyyət Kremlin arzuladığı kimi deyil. Artıq faktiki olaraq Ukrayna ordusu Rusiya qüvvələrini dayandırıb. Bir neçə gün əvvəl Ukrayna Müdafiə Nazirliyi açıqlama yaymışdı ki, Rusiya ordusu son 7 gündə bir metrdə olsun, irəliləyə bilməyib.

Moskva və Kiyev arasında danışıqlar fevralın 27-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından üç gün sonra başlayıb. İyunun 2-də Peskov Kiyevi vəziyyəti həll etmək üçün danışıqları dondurmaqda ittiham edib. “İndi faktiki olaraq bu danışıqları donduran Kiyevdir”, - deyə o, aydınlıq gətirib.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Ukraynada xüsusi əməliyyatın başa çatması üçün son tarixi açıqlayıb. “İnsider” nəşrinin məlumatına görə, Stavridis Ukraynadakı vəziyyəti Koreya müharibəsinin sonunda yaranmış vəziyyətlə müqayisə edib. Keçmiş komandirin sözlərinə görə, münaqişə 4-6 aya başa çatacaq.

Bu, atəşkəsə, tərəflər arasında hərbiləşdirilmiş zonaya, “davam edən düşmənçiliyə, bir növ dondurulmuş münaqişəyə” gətirib çıxaracaq. “Tərəflərdən heç biri bundan daha çox tab gətirə bilməyəcək”,- deyə o əlavə edib.

Qeyd edək ki, Vladimir Putinin öz ordusunun gücünü şox yüksək qiymətləndirərək ölkəsini bataqlığa saldığı düşünülür. Kreml hesab edir ki, bir neçə günə, uzaqbaşı 2 həftəyə Kiyevi ələ keçirəcək və sonra dünya sanksiyalar dalğasından sonra reallıqla barışacaq və hər şey bitəcək. Amma Rusiya ordusunun zəif çıxması və Ukraynanın gözlənilməz dirənişi müharibəni uzatdı. Hələ də Rusiya əhəmiyyətli uğur qazana bilməyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »