Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan qurtulmağın yolları axtarılır: Yaponiya nüvə enerjisinə keçir
Rusiyadan qurtulmağın yolları axtarılır: Yaponiya nüvə enerjisinə keçir

Yaponiyanın Baş naziri Kişida Fumio iyulun 14-də aktiv reaktorların sayını 9-a çatdırmağı və elektrik enerjisinə olan tələbatının 10 faizini nüvə enerjisindən təmin etməyi hədəflədiklərini açıqlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  istehlakın yüksək olduğu qış aylarında enerji təchizatı və tələbatında çətinliklər ola biləcəyini vurğulayan Kişida Fumio qeyd edib ki, ölkə  mümkün qədər tez bir zamanda çox sayda nüvə stansiyasını işə salmağı hədəfləyir.

Qeyd edək  ki, bəyanat hökumətin yay aylarında tədarük çatışmazlığı səbəbindən vətəndaşlardan elektrik enerjisinə qənaət etməyi xahiş etdiyi dövrə təsadüf edib.

Məhdud sayda kömür yataqları xaricində mədən ehtiyatlarına malik olmayan və böyük miqdarda xam neft, təbii qaz və kömür idxal edən Yaponiya, beynəlxalq enerji qiymətlərindəki artımdan mənfi təsirlənir.

Beynəlxalq Enerji Agentliyinin 2021-ci il statistikasına görə,  elektrik enerjisi istehsalının 88 faizini qalıq mənbələrdən qarşılayan ölkə qiymət və təklif qeyri-sabitliyinə baxmayaraq, həssas  vəziyyətdədir.  Kişida hökuməti buna görə də, görünür, ölkənin böyük nüvə enerjisi potensialına diqqət yetirib.

Xatırladaq ki,  2011-ci ildə Fukusima Atom Elektrik Stansiyasında baş verən qəzadan əvvəl Yaponiya elektrik enerjisinə olan tələbatının 30 faizini atom elektrik stansiyalarından qarşılayırdı.  Qəzadan sonra işləyən 54 reaktordan 21-i bağlanıb, yeni reaktorların tikintisinə isə,  icazə verilməyib.

Ancaq hazırda ölkədə hələ də fəaliyyət göstərən 33 nüvə reaktoru var. Bu günə qədər 6 AES-də cəmi 10 reaktorun yenidən işə salınmasına icazə verilib.

Hal-hazırda yalnız 4-ü aktivdir. Digər reaktorlar isə təhlükəsizlik işlərinin başa çatması və müntəzəm yoxlamalar səbəbindən bağlı saxlanılır.

Qeyd edək ki. Vladimir Putinin qaz təchizatını silaha çevirməsi üzündən dünyanın bir çox ölkələri Rusiyadan enerji asılılığına son qoymaq üçün yollar axtarır. Bununla belə, xüsusən də Avropa hələ də alternativ yollar tapmaqdan çətinlik çəkir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »