Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya öz şərtlərini qəbul etdirsə, sanksiyalar heç vaxt ləğv edilməyəcək
Rusiya öz şərtlərini qəbul etdirsə, sanksiyalar heç vaxt ləğv edilməyəcək

Almaniyanın federal kansleri Olaf Şolz bildirib ki, Ukraynadakı münaqişə “Rusiyanın şərtləri” ilə həll olunarsa, Rusiyaya qarşı heç bir sanksiya ləğv edilməyəcək.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  o, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə yazdığı köşə yazısında bildirib.

Şolz bununla əlaqədar olaraq həmvətənlərini sanksiya siyasətinin uzunmüddətli nəticələrinə hazır olmağa çağırıb.

Qeyd edək ki, onların bir çoxu artıq benzinin, ərzaq məhsullarının və elektrik enerjisinin qiymətlərinin yüksəkliyindən əziyyət çəkir.

Şolzun fikrincə, bu yolla almanlar Ukrayna ilə həmrəylik nümayiş etdirməklə yanaşı, həm də öz təhlükəsizliklərini müdafiə edə biləcəklər. Şolz Almaniyanın lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini də vurğulayıb.

Xatırladaq ki, iyulun 17-də Litvanın keçmiş xarici işlər naziri Linkyaviçyus Rusiyaya qarşı yeddinci sanksiyalar paketində heç bir məna görmədiyini dilə gətirib. O, qeyd edib ki, yeni sanksiyalar heç nəyə təsir etməyəcək.

“Yeddinci sanksiyalar paketi hazırlanır. Kimin vecinədir? Avropa İttifaqı indi Rusiyaya Ukraynaya yardım üçün göndərdiyindən daha çox neft, qaz və kömür pulu göndərib. Neftin qiyməti qalxır. Rubl daha da güclənir”,- deyə o qeyd edib.

Amerikalı iqtisadçı Stiv Hankenin fikrincə,  Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları əslində Avropaya çox pis təsir edib və siyasi Avropanı məzarlığa çevrilib. Sanksiyalar işləmir və heç vaxt da işləməyəcək. Ekspert sanksiyaların Avropa iqtisadiyyatları üçün intihar aktı olduğu qənaətindədir.

“Bundan başqa, belə bir siyasət nəticəsində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Şolzun mövqeyi zəifləyib”,-deyə Hanke bildirib.

Xatırladaq ki,  Dünya Bankı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri ərzaq böhranını həll etmək üçün anti-Rusiya sanksiyalarını yumşaltmağa çağırıblar.

Dünya Bankının saytında deyilir: “Pandemiya, beynəlxalq təchizat zəncirlərinin pozulması və Ukrayna münaqişəsinin nəticələri bir-biri ilə əlaqəli ərzaq, yanacaq və gübrə bazarlarının vəziyyətini ciddi şəkildə pozub. Hazırda 82 ölkədə ciddi qida çatışmazlığı olan insanların sayı 345 milyona çatıb”.

Bir müddət əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa ölkələri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların təsirini gözləmək üçün səbrli olmalıdırlar. Onun sözlərinə görə, Moskvaya qarşı məhdudiyyətlər hələ o qədər də nəzərə çarpmır, lakin onlar hələ də uzunmüddətli perspektivdə öz effektivliyini sübut edə bilər.

Bir sıra ekspertlər isə, Rusiyaya qarşı effektli sanlsiyaların yalnız neft-qaz embarqosundan ibarət ola biləcəyini düşünür. Avropa Rusiyanın nef və qazından imtina etməyincə Putini müharibədən çəkindirmək olmayacaq. Doğrudur, hazırkı sanksiyalar Rusiya xalqını çox yoxsullaşdırıb, həyat çox ağırlaşıb, amma Rusiya xalqının yaşam tərzi Putini o qədər də narahat etmir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »