Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Ukraynaya verdiyi tankların əvəzinə ABŞ-dan yeni tanklar alıb
Polşa Ukraynaya verdiyi tankların əvəzinə ABŞ-dan yeni tanklar alıb

Polşa əsgərləri yaxın günlərdə Polşanın ABŞ-dan satın aldığı Amerikanın “Abrams” tanklarından necə istifadə edildiyini öyrənməyə başlayacaqlar.

Biziymol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib. Onun sözlərinə görə, ölkəyə Polşa silahlı qüvvələrinin əsgərləri yaxın vaxtlarda təlim keçməyə başlayacaqlar.

"Sifariş etdiyimiz 250 müasir maşından birincisi hazır olan zaman təlimlərə başlayacğıq. Polşa fövqəladə vəziyyətdə təcavüzkarın qarşısını almaq üçün güclü müasir gücə sahib olacaq",- deyə nazir bildirib.

Qeyd edək ki, M1 Abrams 1980-ci ildən istehsalda olan ABŞ-ın əsas döyüş tankıdır.  ABŞ Ordusu və Dəniz Piyadaları Korpusu, həmçinin Misir, Avstraliya, Mərakeş və bir sıra Yaxın Şərq dövlətlərinin silahlı qüvvələri nin xidmətindədir.

PAP agentliyinin məlumatına görə, ABŞ-da xidmətdən çıxarılan “Abrams” tankları Polşada 240 modifikasiya edilmiş Sovet istehsalı olan T-72 tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verdikdən sonra yaranan zirehli texnika çatışmazlığını kompensasiya etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, bir müddət əvvəl Polşa Seyminin sədri Elzbieta Vitek qeyd edib ki, bu müharibə “Putinin Ukraynaya qarşı müharibəsi” deyil, Rusiya xalqının Ukraynaya qarşı müharibəsidir.  Vitek həmvətənlərini və müttəfiqlərini müharibəni unutmamağa və buna öyrəşməməyə çağırıb. O, bildirib ki, Putin Ukrayna ilə qane olmayacaq. "Bu gün ukraynalılar təkcə özləri, ölkələri üçün deyil, həm də bizim üçün, polyaklar üçün mübarizə aparırlar, çünki biz növbəti hədəfik",- deyə Vitek vurğulayıb.

Polşanın hakim Hüquq və Ədalət (PiS) partiyasının lideri Yaroslav Kaçinski isə hesab edir ki, Rusiya qoşunları Xarkova qarşı yeni hücuma keçsə və Donbasda cəbhə xəttini yarsa, bu, “böyük məğlubiyyət” olacaq. Buna görə də, Ukraynanı dəstəkləmək vacibdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »