Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin "qatı düşmən"i baş nazir postuna real namizəddir
Putinin "qatı düşmən"i baş nazir postuna real namizəddir
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss baş nazir seçiləcəyi təqdirdə Rusiya rəhbəri Vladimir Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazır olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə baş nazirliyə namizədlərin debatında bildirib. Onun sözlərinə görə, o, Kreml rəhbərinə qarşı yönəlmiş “azad dünyanın səslərini” çatdırmaq üçün G20 sammitində Putinlə görüşməyə hazırdır.

"Mən Sergey Lavrovla qarşılaşmağa hazıram, Putinlə birbaşa danışmağa və Hindistan və İndoneziya kimi ölkələr qarşısında cavab verməyə hazıram. Ona görə də ora gedib Putinə çağırış edərdim",-deyə Truss qeyd edib.

Qeyd edək ki, baş nazirliyə digər namizədlər isə bu vəzifəyə seçiləcəkləri təqdirdə Putinlə görüşməyəcəklərini bildiriblər. Xatırladaq ki, uyulun 7-də Conson hökumət böhranı səbəbindən Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdi.

O, təxminən payıza qədər baş nazir vəzifəsində qalacaq. Mühafizəkarların yeni liderinin seçkiləri yayda keçiriləcək, oktyabrda partiyanın qurultayında yeni baş nazir təyin olunacaq.

İyulun 9-da müdafiə naziri və Qərbdə Ukraynanın ən qızğın tərəfdarlarından biri olan Ben Uolles yarışdan geri çəkildi. Və Truss baş nazir postu uğrunda mübarizəyə daxil oldu. O, Tori Partiyasının liderliyinə namizədliyini irəli sürdüyünü elan etdi. Və beləcə Truss 10 -cu rəsmi namizəd oldu. 46 yaşlı Truss Boris Consonun potensial varisi adlandırılıb və sorğulara əsasən Mühafizəkarlar Partiyasının üzvləri arasında populyardır. Truss 2010-cu ildən deputatdır və parlamentə girdikdən qısa müddət sonra nazirlik pilləsinə qalxıb.

O, Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyində vəzifə tutan hökumətin ən uzunmüddətli tam ştatlı üzvüdür. Truss ardıcıl, açıq-aydın Ukraynayönlü və qəti şəkildə Putin əleyhinə mövqe tutur. Hazırda Truss Putinlə görüşə hazır olduğunu desə də, daimi olaraq verdiyi açıqlamaları ilə Putinə qarşı düşmən mövqe nümayiş etdirir.

O, qlobal təhlükəsizlik sisteminin dəyişdirilməsi konsepsiyasını təklif edib. Trussın fikrincə, mövcud sistem sülh və rifahı təmin etmək üçün nəzərdə tutulsa da, Ukraynanı iflasa uğradıb.

Truss onu da bildirib ki, Ukraynadakı müharibə dünyada hər kəsin müharibəsidir, çünki Ukraynanın qələbəsi hər kəs üçün strateji imperativdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »