Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyasının prezidenti təbii qaz üçün Azərbaycana gəlir
Avropa Komissiyasının prezidenti təbii qaz üçün Azərbaycana gəlir

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təbii qaz tədarükünün artırılması ilə bağlı danışıqlar aparmaq üçün iyulun 18-də, yəni bu gün Azərbaycana səfər edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məluata görə, Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq üçün Azərbaycanla müqavilə bağlamaq və bunun üçün boru kəmərinin genişləndirilməsinə dəstək verməyi təklif edib.

Von der Leyen qaz tədarükünün artırılması ilə bağlı razılığa gəlmək üçün Bakıya səfərə yola düşür. Müvafiq mesaj Avropa Komissiyasının Tvitter səhifəsində də yer alıb.

Rusiya enerji təchizatını silah olaraq istifadə etdiyi üçün enerji idxalının şaxələndirilməsi Aİ üçün prioritetdir. "Prezident fon der Leyen və enerji komissarı Kadri Simson əməkdaşlığı daha da gücləndirmək üçün sabah Azərbaycana gələcəklər",- deyə AK-nin bəyanatında qeyd edilib.

Xatırladaq ki, Ursula fon der Leyen bir müddət əvvəl qeyd eidb ki, Vladimir Putin qazdan silah kimi istifadə edir.

"Biz qaz təchizatında gələcək fasilələrə və hətta Rusiyadan tədarükün tamamilə kəsilməsinə indidən hazırlaşmalıyıq",- deyə AK rəhbəri vurğulayıb ki, Aİ üzvlərinin demək olar ki, yarısı artıq qaz tədarükünün azaldılması və ya tamamilə dayandırılmasından təsirlənib.

"Aydındır ki, Putin enerjini silah kimi istifadə etməyə davam edir. Buna görə də Avropa Komissiyası Avropanın fövqəladə hallara cavab planı üzərində işləyir. Əmin olmalıyıq ki, tam bağlanacağı təqdirdə biz qqazı hansı ölkənin daha çox ehtiyacı varsa, ona yönəldə biləcəyik. Biz Avropa həmrəyliyini təmin etməliyik",- deyə Von der Leyen əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »