Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın itkilərini açıqlayıb
Rusiya Ukraynanın itkilərini açıqlayıb

Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynaya məxsus “Su-25” hücum təyyarəsini və bir pilotsuz uçuş aparatını vurub.

APA-nın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Velikaya Kamışevaxa rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir “Su-25” təyyarəsini və Xarkov vilayətinin Bolşiye Proxodı yaşayış məntəqəsi ərazisində Ukraynaya məxsus bir PUA-nı məhv edib: “Bundan əlavə ötən sutka ərzində Rusiya Hava Kosmik Qüvvələrinin qırıcı təyyarələri Donetskin Slavyansk şəhəri yaxınlığında havada Ukraynaya məxsus Mi-17 helikopterini vurub".

Rusiya Müdafiə Nazirliyi müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkilər barədə məlumatı da açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 257 təyyarə, 140 helikopter, 1558 pilotsuz uçuş aparatı, 355 zenit-raket kompleksi, 4084 tank və digər zirehli döyüş maşını, 747 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3151 sahə artilleriya qurğuları və minaatan, həmçinin 4379 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »